HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  İMAM ƏLİ(ə)

Bağışlayan və mehriban Allahın adı ilə

 

 

 

<<İnsanlardan eləsi də var ki,Allahın razılğını qazanmaq yolunda öz canını fəda edər.Allah bəndələrinə həmişə mehribandır. >>(Bəqərə 207)

   Məşhur sənədlərə əsasən,İmam Əli(ə) <<Amul-fil>> ilindən 30 il sonra (hicrətdən 23 il əvvəl) Rəcəb ayının 13-ü Kəbə evində dünyaya göz açmışdı.Atası Əbu Talib,anası Fatimə Əsəd qızı olmuşdur. Həzrət Əli(ə)-ın dünyaya gəlişi belə rəvayət olunur.Bir gün Yezid ibn Qənəb,Bəni-Həşim tayfasından olan bir dəstə və Bəni-əl-Üzza qəbiləsindən olan bir neçə nəfər,Əbdül-Mütəllibin oğlu Abbasla birgə Kəbənin qarşısında oturmuşdular.Gözlənilmədən Fatimı binti Əsəsd Məscidül-hərama gəldi.Bu vaxt Fatimənin hamiləliyinin  doqquzunca ayı idi.Birdən onun doğum sancıları tutdu.O,Kəbənin qarşısında durdu və üzünü göyə tutub dedi:<<Ey Allah!Mən sənə və göndərdiyin bütün peyğəmbərlərə,nazil etdiyin kitablara iman gətirmiş,cəddim İbrahim Xəlilin dediklərini təsdiq etmişəm.O,Kəbə evini tikibdir Öz haqqına ,bu evi tikənə və qarnımda olan övlada xatir,bu övladın asanlıqla doğulmasını Səndən diləyirəm.Qarnımdakı övlad mənimlə söhbət edir.Mən onun söhbəti ilə ünsiyyət tapmışam.Bu uşağın Sənin əzəmətli və böyük nişanələrindən olmasına tam yəqinliyim vardır.

     

     Abbas və Yezid ibni Qənəb deyirlər:Fatimə bu duanı tamamladıqdan sonra,Kəbənin arxa divarı aralandı.Fatimə aralanmış divardan Kəbənin içərsinə daxil olub gözlərinizdən itdi.
Sonra aralanmış divar Allahın izni ilə birləşdi.Biz Kəbənin qapısını açmaq istədik.Nə qədər çalışdıqsa da qapını aça bilmədik.Bu işin Allah tərəfindən olduğunu bildik.Fatimə üç gün Kəbənin içində qaldı.Məkkə əhalısı küçə-bazarda bu hadisə haqqında danışırdı.Qadınlar bu hadısəni bir-birlərinə danışıb nəql edib təəccüblə gəlirdilər.Dörd gündən sonra Kəbə divarının aralandığı hissə yenidən açıldı.Fatimə binti Əsəd möminlərə rəhbər olacaq körpəsi ilə Allah evindən xaric oldu.>>

 

             İslamı qəbul edən ilk insan

 

 

İmam Əli(ə)-ın iftixarları onun ilk növbədə İslamı qəbul etməsidir.Daha dəqiq desək:Əli(ə)bu dövrdə özünün əvvəldən olan İslami əqidəsini aşkar etmişdir.Əli(ə)-ın İslamı birinci qəbul etməsini Həzrət Mühəmməd(s)-da təsdiqləmiş və camaat arasında buyurmuşdur:<<Qiyamət günü Kövsər (hovuzunun)bulağının başında mənə birinci qovuşacaq şəxs İslmaı ilk qəbul etmiş Əli ibn Əbu Talib olacaqdır. >>(Əl-İstiab fi mərifətil əshab,c.3.səh.28)

 

 

 

 

 

 

Peyğəmbərlərin sonuncusu

 Həzrət Mühəmmədin(s) hamısı və canişini

 

İslam Peyğəmbəri öz dəvətini üç il gizli saxladı.Üç ildən sonra vəhy Mələyi nazil olub bildirdi ki,peyğəmbər dəvətini aşkara çıxartmalı və ilk növbədə öz qohum-əqrabasından başlamalıdır.
Peyğəmbər həzrətləri bu işi görərək qohumlarını nahara və söhbətə dəvət etdi.
Nahardan sonra söhbətə başlayaraq buyurdu.<<Mənim öz qohumlarım üçün gətirdiyim şeydən yaxşı birşey heç kim öz qohumları üçün gətirməyib.Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm.Allahım mənə əmir edib ki,sizi tövhidə,təkallahlığa və öz nübüvvətinə dəvət edim.Bu işdə kim mənə kömək etməklə qardaşım,varisim və sizin aranızdaki nümayəndəm olar?>>
 
Peyğəmbər bunu deyib bir az sükut etdi.İstəyirdi görsün kim onun sualına müsbət cavab v
erəcək.Ancaq bütün məclisi sükut bürümüşdü.Hamı təəccüblü halda başını aşağı salıb fikirləşirdi.
Bu zaman 13 yaşlı Əli ibn Əbu Talib məclisin sükütunu pozaraq ayağa qalxdı.,üzünü Peyğəmbərə(ə) tutub buyurudu:<<Ey Allahın Rəsulu!Mən bu işdə sənə kömək edərəm.Bunu deyib Peyğəmbərlə beyyət etmək üçün (razılıq əlaməti olaraq)Əlini ona tərəf uzatdı.Beyğəmbər (s)Əli(ə)-a əmr etdiki,yerində əyləşsin.
 İkinci dəfə Peyğəmbər öz sözlərini yenə təkrar etdi.Yenə də Əli(ə) ayağa qalxıb bu işə hazır olduğunu bildirdi.Peyğəmbər ikinci dəfə də Əli(ə)-a əmr etdi ki,yerində əyləşsin.Üçüncü dəfə də Əli(ə)-dan başqa Peyğəmbərə cavab verən olmadı.Təkcə Əli(ə) ayağa qalxıb Peyğəmbərin(s) müqəddəs fikrini dəstəklədi.bu vaxt Peyğəmbər Əli(ə)-ın əlini üzərinə qoyaraq Bəni-Haşım qəbiləsinin böyükləri arasında Əli(ə) barədə öz tarixi cümləsini buyurdu:Ey mənim qhum-əqrabam!Əli mənim qardaşım,varisim və sizin aranızda xəlifəmdir.(canişinimdir).>>

 (Əl-kamili fit-tarix,c.2,səh 63).

 

      Beləliklə,sonuncu Peyğəmbərin birinci xəlifəsi İslamın əvvəllərində və çox az insanın müsəlman olduğu bir dövürdə təyin olundu.Peyğəmbərin(s) öz peyğəmbərliyini Əli(ə)-ın İmaməti ilə bir gündə qeyd etməsi,yani Peyğəmbər camaata <<Mən sizin Peyğəmbərinizəm>>buyurduğunu <<Əli mənim canişinimdir>>buyuruduğu ilə birgə qeyd etməsi İslam dinində İmamət məqamının nə dərəcədə yüksək olduğunu sübut edir.Bundan məlum olur ki,bu iki məqam (Nübuvvət və İmamət) məqamı bir-birindən ayrı deyil və İmamət məqamı Nübuvvətin təkmil edicisidir.

 

 

 

 

Əli(ə)-ın fəzilətləri barəsində

 Peyğəmbərimizin buyurduqları

 

 

<<İbn Abbas (r) rəvayət etmişdir ki,Peyğəmbət buyurmuşdur.<<Əgər bağlar və ağaclar qələm,dəryalar mürəkkəb,cinlər hesabçı,insanlar yazan olsaydı,yenə də Əli ibn Əbu Talibin (ə) fəzilətlərini sayıb qurtara bilməzdilər>>.
Abdullah ibn Məsud (r) nəql etmişdi:<<Allahın Peyğəmbəri(s) buyurmuşdu:<<Əli ibn Əbu Talib (ə) dinin dərvazasıdır,hər kəs o qapıdan içəri daxil olsa,mömindir və əgər bu qapıdan xaricdə olsa,kafir olacaqdır>>Məaz ibn Cəbəl (r) nəql etmişdir ki,Allah Peyğəmbəri(s) belə buyurmuşdur:<<Əlinin surətinə baxmaq ibadətdir>>

İmam Əli(ə) özünün şah əsəri olan <<Nəhcül-Bəlağə>>kitabında buyurmuşdur:<<Bir yerdı ki,zəif qorxub çəkinərək dili dolaşa-dolaşa bir söz söyləməyə çalışa,amma qüvvətlidən öz haqqını ala bilməyə,o xalq nə təmizliyə çatar,nə də xoşbəxtliyə qovuşar>>. >> 

 

                                         

 

Tanrı Bizləri Quran və Əhli-beytdən ayrı salmasın.

                                                                            İnşallah!

 

 

RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (40 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------