HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  İSLAM
İmam Hüseynin (ə)
Türbətinə edilən səcdə
 
      Əziz oxucu, burada bir məsələni açıqlamağa çalışacağıq. Məsələ və sual bundan ibarətdir ki, nə üçün şiələr İmam Hüseynin (ə) türbətini digərlərindən üstün bilirlər və namaz əsnasında Kərbəla türbəti üzərinə səcdə etməyə üstünlük verirlər?
     Cavab: Birincisi, ona görə ki, Kərbəla torpağına edilən səcdə digər torpaqlar üzərinə edilən səcdə kimidir. Çünki Kərbəla torpağı da Yer kürəsinin bir hissəsidir.
    İkincisi, Allah-taala Kərbəla torpağını yaradandan bəri onu müqəddəs və əzəmətli etmişdir. Peyğəmbər(s) buyurub: “Kərbəla torpağı Yer kürəsinin bütün torpaqlarından pakdır. Ona görə ki, o, cənnət çəmənliklərindən biridir.”
   İmam Sadıq(ə) da belə buyurmuşdur:
“Həqiqətən Kərbəla torpağı, gəlin öz ərinin evinə necə aparılarsa, cənnətə o ocür aparılır.” İmam Zeynəlabidin(ə) buyurmuşdur:
“Dan ulduzu ulduzlar arasında yer əhlinə necə işıq saçırsa, Kərbəla torpağı da cənnət torpaqları arasında o cür işıq saçacaqdır. Onun nuru cənnət əhlinin gözlərini qamaşdıracaqdır.”
    Həzrət Əli(ə) bir gün Kərbəla torpağından keçərkən belə buyurmuşdur: “Bu torpaqda iki yüz peyğəmbər, iki yüz peyğəmbər nəvəsi qətlə yetirilmişdir. Onların hamısı şəhiddirlər.”
    Üçüncüsü, Kərbəla torpağının müqəddəsliyi və əzəməti ondadır ki, o, İmam Hüseyn(ə) kimi Peyğəmbər nəvəsinin cəsədini özündə saxlayır. İmam Hüseyn (ə) o kəsdir ki, Allah yolunda hər bir şeydən keçdi, ən əzizlərini, özünü qurban verdi və öz qanı ilə İslamın gövdəsini sirab etdi, İslamı dirçəltdi, aradan getməyə qoymadı. Ona görə də İmam Hüseyn(ə) kimi əzəmətli şəxsiyyətin cəsədini özündə saxlayan bir torpağın , əlbəttə ki, əzəməti, hörməti Allah dərgahında günbəgün artacaqdır. Qədimdə belə deyərdilər: “Məkanın əzəməti onun müqəddəsliyi ilə ölçülər”.
   Ola bilər soruşulsun ki, Mədinə torpağında Peyğəmbərin (s) mübarək cəsədi dəfn olunmuşdur. Şübhə yoxdur ki, Peyğəmbər(s) İmam Hüseyndən (ə) üstündür, bəs onda nə üçün Peyğəmbər (s) türbətinə səcdə etmirsiniz?
    Cavab: Birincisi, Peyğəmbərin (s) İmam Hüseyndən (ə) üstün olması həqiqətdir və Peyğəmbər (s) türbətinə də hamı ehtiramla yanaşır, namazda da bu türbət üzərinə səcdə edirlər.
    İkincisi, İmam Hüseynin (ə) qəbrinin türbəti bə’zi xüsusiyyətlərə görə bütün türbətlərlən seçilir. Lakin bu o demək deyildir ki, İmam Hüseyn (ə) Peyğəmbərdən (s) üstündür. Sadəcə olaraq, İmam Hüseynin (ə) Allah yolunda göstərdiyi rəşadət, mislibərabəri olmayan qəhrəmanlıq, verdiyi qurbanlar və bir çox başqa səbəblərə görə, o Həzrətin türbəti daha fəzilətli hesab edilir. Allah-taala bu dünyada və axirətdə İmam Hüseynə(ə) böyük imtiyazlar vermişdir. Bu dünyadakı imtiyazlardanbiri odur ki, Allah-taala İmam Hüseyn(ə) türbətinə edilən səcdəni üstün bilmiş və onun savabını artırmışdır. Allah-taalanın verdiyi bu savab yalnız İmam Hüseyn(ə) türbətinə xasdır.



Dərin mə’nalı hədis
 
      Əziz oxucu , indi də İmam Hüseyn(ə) türbətinin əzəməti və müqəddəsliyi haqqında nəql olunan bir hədisi diqqətinə çatdırmaq istərdim. Bu hədisin  mənasını dəqiq düşünsən, İmam Hüseynin(ə) böyüklüyünü, müqəddəsliyini anlayar və fikrin uca səmalar tək genişlənər.
    Peyğəmbərin (s) xanımı Ümmü Sələmə nəql edir ki, otağa daxil olanda balaca Hüseyni babası Həzrət Mühəmmədin (s) qucağında gördüm (bə’zi rəvayətlərdə qeyd edilir ki, Hüseyn(ə) Peyğəmbərin(s) sinəsində oturmuşdu). Peyğəmbərin(s) ovucunda qırmızı rəngli torpaq var idi. O, ovucunu qoxulayır və həmin türbəti öpərək ağlayırdı.
Ümmü Sələmə Həzrət Peyğəmbərdən (s) ağlamağının səbəbini soruşdu. Peyğəmbər(s) belə buyurdu: “Cəbrail yanıma gələrək xəbər verdi ki, məndən sonra ümmətim övladımı İraq torpağında qətlə yetirəcəkdir. Övladımın qətlə yetiriləcəyi yerdən bu türbəti mənim üçün gətirib”.
   Sonra Peyğəmbər(s) həmin türbəti Ümmü Sələməyə verib demişdi: “Bu türbətin qırmızı qana döndüyü vaxt bil ki, oğlum Hüseyn qətlə yetirilmişdir”.
   Ümmü Sələmə türbəti götürür və onu şüşə qaba qoyur. Aylar-illər keçir. O gün gəlib yetişir ki, İmam(ə) İraqa tərəf üz tutur. Həzrət vətəndə olmadığı günlərdə Ümmü Sələmə şüşə qabdakı türbətə tez-tez nəzər salardı. Aşura gününə qədər bu hadsə davam etdi (Aşura hicrətin 61-ci ili, Məhərrəm ayının 10-u, İmam Hüseynin(ə) qətlə yetirildiyi gündür).
   Ümmü Sələmə öz evində yatmışdı. O, Peyğəmbəri(s) yuxuda görür. Peyğəmbərin(s) mübarək başı və saqqalı toz-torpağa bulaşmışdı. Ümmü Sələmə soruşdu:
-         Ey Allahın rəsulu, sənin üz-başın nə üçün toz-torpağa batmışdır? Peyğəmbər(s) deyir:
-         Ey Ümmü Sələmə, oğlum Hüseyn üçün qəbir qazırdım.
 Ümmü Sələmə qorxmuş halda yuxudan oyanaraq Peyğəmbərin(s) verdiyi və içində türbət olan şüşə qabı götürdü. Türbətin qırmızı qana çevrildiyini görən Ümmü Sələmə qışqıraraq nalə çəkib ağlamağa başlayır. Bəni- Haşım qadınları onun ətrafına toplaşaraq ağlamağının səbəbini soruşurlar. Ümmü Sələmə onlara deyir ki, Hüseyn(ə) qətlə yetirilmişdir. Qadınlar ondan bu xəbəri haradan bildiyini soruşduqda, Ümmü Sələmə Peyğəmbəri(s) yuxuda gördüyünü və o Həzrətin verdiyi türbəti, bu türbətlə bağlı Peyğəmbərin (s) söylədiklərini onlara nəql edir.
   Bu əhvalatı və xəbəri eşitcək qadınlar da onunla birgə fəryad çəkərək  ağlamağa  başlayırlar.
   Ümumiyyətlə, bu hədisin nəql olunan mənbələri həddən artıq çoxdur. Ona görə də biz onlardan bəzilərini burada qeyd etdik...
   Hörmətli din qardaşım! İmam Hüseyn(ə) türbətinin əzəmət və müqəddəsliyini dərk etmək üçün bu hədisi diqqətlə nəzərdən keçir. Allah-taala Cəbrailə Hüseynin şəhid olacağı məkandan bir ovuc torpaq götürüb Peyğəmbərə(s) çatdırmasını əmr etmiş, Peyğəmbər(s) böyük hüzn və göz yaşları içində bu türbəti götürmüş, qoxulayaraq öpmüşdü.
Bəli, əziz oxucu! Bu hədis çox böyük mətləbləri, həqiqətləri bizə bəyan edir. Hədisdən bizə aydın oldu ki, İmam Hüseyn(ə) türbətinin qana çevrilməsi həqiqətən qeyri-adi, eyni halda ən sarsıdıcı bir hadısə olmuşdur.
Tarixdə bu cür hadisə yeganədir!!! Bu şəhidlər ağası Hüseynin türbəti üçün ilahı müqəddəslik deyilmi? Bəli, Allaha and olsun ki, belədir! Sonra qeyd etmək istərdik ki, bu hədis həqiqətən İmam Hüseyn(ə) türbətinin digər türbətlərdən üstün olmasını göstərir. Buna görə də bu türbət üzərinə səcdə daha üstün və daha dəyərlidir.  



Əhli-Beyt və Hüseynin türbəti
 
 
     Peyğəmbərin Əhli-beyti də, öz növbəsində, namazlarında şəhidlər ağası İmam Hüseynin(ə) türbəti üzərinə səcdə etmiş, bu türbətdən düzəldilmiş təsbehlə Allaha həmdsəna etmiş və insanlara İmam Hüseyn(ə) türbətinin Allah dərgahında fəziləti, əzəməti haqda danışmışlar.
   İlk dəfə bu türbət üzərinə İmam Zeynəlabidin səcdə etmişdir ( O, Allah rəsulunun təyin etdiyi dördüncü xəlifə və canişindir).
   Rəvayət olunur ki, İmam Zeynəlabidin(ə) atası İmam Hüseyni(ə) dəfn etdikdən sonra bu türbətdən bir ovuc götürərək özündə saxlamışdır ki, namazında bu türbət üzərinə səcdə etsin və ondan təsbeh düzəldib Allaha həmd-səna etsin.
   Əsirlər, Allah düşməni Yezid ibn Müaviyənin Şam şəhərindəki qəsrinə gətiriləndə, İmam Zeynəlabidinin əlində Kərbəla torpağından düzəldilmiş təsbeh var idi. Yezid bu təsbeh haqqında soruşunda İmam(ə) belə cavab verdi: “Cəddim (Rəsulullah) xəbər vermişdir ki, kim Kərbəla türbətindən düzəldilmiş təsbehdi özü ilə gəzdirərək Allaha dua edərsə, Allah o şəxsə savab əta edər. Hətta dua etməsə belə onun üçün savab yazılar”.
    İmam Zeynəlabidin(ə) Mədinəyə qayıtdıqda namazlarının səcdəsini bu türbət üzərinə etmiş və bu türbət vasitəsilə xəstələrə şəfa vermişdir. Bu xəbər Ələvilər və Əhli-beyt(ə) yolu ilə gedən digər möminlər arasında yayılmışdır.
   İmam Zeynəlabidindən(ə) sonra, oğlu Muhəmməd Baqirədə) insanlara İmam Hüseyn(ə) türbətinin fəzilətindən danışmış və bu türbətin əzəmətini, dəyərini qeyd etmişdir.
   Daha sonra , İmam Cəfər Sadiq(ə) bu türbətin müqəddəsliyini, digər türbətlərdən üstünlüyünü insanlara bəyan etmiş və bu türbət üzərinə edilən səcdənin Allah dərgahında bəyənildiyini (müstəhəb olduğunu) bildirmişdir.
   İmam Sadiq(ə) sarı yaylığının içərisində Hüseyn türbətini saxlayar və namaz qılanda bu türbət üzərinə səcdə edər və dəyərdi:
“Həqiqətən də Hüseyn(ə) türbəti üzərinə edilən səcdə göyün yeddi təbəqəsini dəlir”.
    Başqa bir hədisdə deyilir ki, İmam Sadiq (ə) Allah əzəməti qarşısında öz kiçikliyini və acizliyini göstərmək üçün İmam Hüseyn(ə) türbəti üzərinə səcdə edərdi.
   İmam Sadiq(ə) bizlərə yadigar olaraq gəlib çatan başqa bir hədisdə belə nəql edir: “Hüseyn(ə) qəbrinin türbətinə edilən səcdə göyün yeddi təbəqəsini nurlandırır. Kim ki, Hüseyn(ə) qəbrinin türbətindən düzəldilmiş təsbehi özü ilə gəzdirərsə, həmin şəxsə hətta dua etməmiş olsa da belə, savab yazırlar ”.
   Başqa bir hədisdə İmam Sadiq (ə) belə buyurmuşdur: “Allah rəsulunun qızı Fatimənin təsbihi düyünlənmiş yun ipdən idi. Xanım bu təsbihi əlində gəzdirərək onunla Allaha həmd-səna göndərirdi. Lakin Həmzə ibn Əbdülmüttəlib şəhid olandan sonra Xanım Zəhra Həmzənin şəhadətə yetdiyi yerdən torpaq götürüb təsbeh düzəltmişdi. Camaat da o Həzrət kimi o türbətdən özlərinə təsbeh düzəltməyə başladılar. Elə ki, Hüseyn(ə) qətlə yetirildi, camaat İmam Hüseynnin(ə) qətlə yetirildiyi yerdən torpaq götürüb təsbeh düzəltməyə başladı. Çünki bu torpağın fəziləti daha böyükdür”.
    İmam Sadiqin (ə) yaşadığı zamandan heç bir əsr keçmədi ki, müsəlmanlar, Əhli-beyt yolunun davamçıları İmam Hüseyn(ə) türbətindən möhürlər düzəldərək məscidlərdə, evlərdə namaz qılarkən səcdələrini onun üzərinə edir, bir yerə səfər edərkən bu türbətdən düzəldilmiş möhürləri özləri ilə götürərdilər. Bu adət və fəzilətli əməl bizim yaşadığımız günlərədək davam etmiş və edəcəkdir.
   Rəvayət olunur ki, Əl-Hişyəri adlı bir nəfər İmam Mehdiyə (ə) sual yazaraq Hüseyn(ə) qəbrinin türbətindən hazırlanmış möhürə səcdə və bu möhür üzərinə səcdənin savab və fəziləti haqqında soruşduqda, İmam Mehdi (ə) (Allah onun zühurunu tezləşdirsin) bu şəxsə belə cavab verdi: “Hüseyn türbəti üzərinə səcdə caizdir və bu səcdədə fəzilət vardır”.



Hüseyn(ə) türbəti üzərinə edilən  
səcdənin əhəmiyyəti
 
    İmam Hüseyn(ə) türbəti üzərinə edilən səcdə digər türbətlər üzərinə edilən səcdədən aşağıda qeyd edəcəyimiz xüsusiyyətlərə görə fərqlənir:
1.     Qeyd etdiyimiz həqiqətlərdən göründüyü kimi, İmam Hüseyn (ə) qəbrinin türbətinə edilən səcdə daha üstün və kamildir.
 Bu türbət üzərinə edilən səcdənin əcr və savabı böyükdür.
2.     İmam Hüseyn(ə) türbəti üzərinə səcdə edən kəs İmamın əzəmətini,rəşadətini, Allah yolunda etdiyi cihadi, İmamın şəhadətini xatırlayaraq onda dinə məhəbbət, din uğrunda mübarizə hissi oyanır. Bu da şəhidlər ağası İmam Hüseyn (ə) türbəti üzərinə səcdənin mahiyyətini daha qabarıq şəkildə göstərir.



Hüseyn(ə) türbəti haqqında
 
    Əziz oxucu , təxminən 350 il bundan əvvəl İranda Səfəri şahlarının hakiməyyəti dövründə baş vermiş bir tarixi hadisəni diqqətinə çatdırmaq istərdik. Hadisə belə olmuşdur: Fransa hakimiyyət orqanları bir nəfər görkəmli şəxsiyyəti səfir işləmək üçün İrana göndərir. Xristian olan bu səfir riyaziyyat, Asranomiya və digər elmlərin gözəl bilicisi idi. O, bu elmlər vasitəsilə adamların sirlərini aşkar edə bilirdi. Hesablama yolu ilə hər hansı bir şəxsin sirri barədə məlumat verməyi bacarırdı. Səfir bu bacarığı və elmi ilə fəxr edərək qürurunu gizlətmir, özünü başqalarından üstün bilirdi. İş o yerə çatırki, İslam alimlərini bəhsə, elmi münazirəyə dəvət edir.
    Səfəvi şahı xristian səfirlə elmi diskusiya aparmaq üçün din alimlərini saraya dəvət edir. İsfahanda təşkil olunan bu məclisə bir çox alimlər gəlirlər. Məclisi giriş sözü ilə böyük din alimi “Əl-Vafi” kitabının müəllifi Feyz Kaşani açır. Kaşani xristian alimini özündən razı olduğunu gördükdə, ilk andaca onu “yerinə oturtmaq” qəsdi ilə səfirə deyir:
-         Dövlətiniz necə də cahil bir dövlətdir.
İslam dini haqqında elmi müzakirələr etmək üçün sənin kimi naqis elmlinin birisini göndərmişdir. Dövlətiniz bu münazirəyə səlahiyyətli və elmli bir şəxs tapa bilməmişmi?
   Səfir qəzəbli halda deyir:
-         Ey İslam alimi! Əgər sən məni və mənim şəxsiyyətimi tanısaydın, bilərdin ki, mənim kimi alim hələ doğulmayıb, elmi bəhz zamanı sənə həqiqəti sübut edərəm.
     Feyz Kaşani deyir:
-         Eşitmişəm ki, bəzi riyazi hesablamalar yolu ilə camaatın sirlərindən xəbər verməyi bacarırsan ?
      Səfir deyir:
-         Bəli!
    Bu vaxt Feyz Kaşani əlini cibindən çıxarıb irəli uzadaraq səfirdən soruşur ki, əlimdəki nədir? Səfir fikirləşməyə və zehnində riyazi hesablamalar aparmağa başlayır. Yarım saatdan sonra onun rəngi saralır və üzünün cizgiləri dəyişməyə başlayır.
Feyz Kaşani deyir:
-         Cahilliyin zahir oldumu?
   Səfir cavab verdi:
-         Məsihə və onun anasına and olsun ki, sənin əlində nə olduğunu bilirəm. Məni düşündürən başqa şeydir. Səfir bir az sükut etdikdən sonra söhbətinə davam edir:
-         Mən bilirəm ki, sənin əlində tutduğun cənnət torpağıdır. Ona görə də fikirləşirəm ki, sən dünyada ola-ola cənnət torpağını necə əldə etmisən ! Məni heyrətə salan, dəhşətə gətirən və düşündürən də məhz elə budur.
Feyz Kaşani deyir:
-         Yəqin hesablamalarında çaşqınlığa yol vermisən və bu səbəbdən də səhv etmisən. Bir daha hesabla və nəticəni dəqiqləşdir.
Səfir deyir:
-         Yox! Məsihə və onun anasına and olsun ki, mən səhv etmirəm.
Feyz Kaşani dedi:
-         Əlimdəki Kərbəla türbətidir. Peyğəmbərimiz Muhəmməd (s) buyurmuşdur:
“Kərbəla cənnətin bir parasıdır”.
    İndi Allah rəsulu Muhəmmədin(s) peyğəmbərliyinin düzgünlüyünü sənə sübut oldumu? Etimad etdiyin hesablamalardan aydın oldu ki, İslam Allahın dini, Muhəmməd isə onun rəsuludur. Belə olan təqdirdə İslam dinini qəbul etməyinə bir maneə varmı? Yoxsa, bundan da artıq dəlil və açıqlamaya ehtiyacın var? Sənin öz hesablamaların İslam dininin düzgünlüyünə daha bir dəlil deyilmi?!
   Səfir bir  qədər fikrə gedir . Həqiqət  artıq bəlli idi.   O,  ayağa qalxaraq      dedi : - Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur və şəhadət verirəm ki, Muhəmməd Onun Rəsuludur.
   Beləliklə, bu səfir İmam Hüseyn(ə) türbətinin bərəkətilə İslam dinini qəbul edir. Bu tarixi hadisə doğrudan da çox maraqlı bir mənanı çatdırır. Əhli-beytə olan məhəbbətimizi, zqidəmizi daha da möhkəmləndirir. İmam Hüseynə(ə), onun türbətinə olan ehtiramı bir daha qəlblərdə işıqlandırır.
Buradan başa düşürük ki, Hüseyn türbəti yer üzərində olan bütün türbətlərin ən üstünüdür.




İki namazın ardıcıl qılınması
 
  Görəsən iki namazı bir-birinin ardınca ardıcıl olaraq qılmaq düzgündürmü? Bu sual hal-hazırda bir çoxunu düşündürür. Xüsusən də, haqq axtaran gənclər iki namazın ardıcıl qılınmasının düz və ya səhv olmasını tez-tez araşdırırlar. Çox vaxt bu sualla qarşılaşırıq: Zöhr və Əsr, Məğrib və İşa namazlarını ardıcıl olaraq birini digərindən sonra qılmaq məqbul sayılırmı?
 Cavab:  İlk növbədə qeyd edək ki, üç məzhəb – maliki, şafei, hənbəli – iki namazın ardıcıl qılınmasını səfərdə olan insan üçün məqbul hesab etmişlər. Lakin bununla belə, yağış, xəstəlik, qorxu və digər üzürlü hallarda iki namazın ardıcıl şəkildə qılınması məsələsi bu məzhəblər arasında fikir ayrılığına səbəb olmuşdur. Hənəfi məzhəbi isə iki namazı bir-birinin ardınca qılınmasını Ərəfədən (Məkkədə dağ adı) başqa hər yerdə, ümumiyyətlə, qadağan etmişdir.
    Şiə məzhəbi iki namazın ardıcıl şəkildə qılınmasının düzgünlüyünü qeyd etmiş və bütün hallar(səfərdə, evdə, hərbdə və s.) üçün bu işin şəri hökmlərdə Allah və onun rəsulunu rəhbər tutaraq, həmçinin Qur’ani-Kərimə, Peyğəmbərin (s) səhih, mö’təbər hədislərinə istinad edərək fikir irəli sürürlər. Yuxarıda qeyd edilən hökm barəsində isə kifayət qədər dəlil və sübut vardır.
    Əziz oxucu, həmin dəlilləri diqqətinə çatdırmaq istərdik. Bu dəlillər iki qismə bölünür. 1. Quran ayələri, 2. Peyğəmbərin (s) səhih hədisləri.
1-Quran ayələri
 
    Qur’ani-Kərimdə namazın vaxtlarına işarə edən bir neçə ayə vardır.  Həmin ayələr namazların qılınma vaxtını təyin edərək, onu üç yerə bölür. Burada o ayələrin müxtəsər təfsirini verməklə qeyd edirik. Allah-taala buyurub: “Gün batandan qaranlıq düşənədək namazını qıl. Və habelə səhər namazını və səhər namazında hamı hazır olsun”.
Ayənin təfsiri
 
    Allah-taala ilk növbədə, bu ayə ilə Peyğəmbərdə(s) namaz qılmağı əmr edir. Həmin namaz – Zöhr, Əsr, Məğrib və İşa və sübh namazı olan gündəlik namazlardır. SonraAllah-taala bu namazların qılınma vaxtını Zöhr (günəşin zenit nöqtəsi), axşam (gecə), səhər kimi üç vaxtda təyin edərək Peyğəmbərinə bəyan edib buyurur:
     (Li dulukiş şəms)
Bu zöhr vaxtıdır. Günəşin zenit nöqtəsinə addadığı vaxt. Məğribə qədər davam edən bu müddət Zöhr və Əsr namazları üçün müştərək vaxt hesab edilir.     
Sadəcə olaraq, Zöhr Əsrdən əvvəl gəlir.
 (ila ğəsəqil-ləyli) - ifadəsi isə “gecə qaranlıq düşənədək”mənasını verir ki, bu da Məğrib və İşa namazlarının vaxtının qurtarmasına işarə edir.
 (Ğəsəq)– kəlməsi zülmətin cəm olması və gecə yarasını bildirir. Yəni ayədən çıxan mənayə görə, Məğrib və İşa namazlarının vaxtı gecə yarasında qurtarır. Həmin zaman çərçivəsi bu namazlar üçün müştərək vaxt hesab edilir. Sadəcə olaraq, Məğrib namazı İşa namazından əvvələ qılınır.
   İmam Razi bu ayəni təfsirini belə açıqlayır : (Ğəsəq)kəlməsi qaranlıın düşməsi kimi təfsir edilsə bu, Məğrib namazının vaxtına işarə edəcəkdir. Günəşin zenit nöqtəsinə addaması da Zöhr və Əsr namazlarının vaxtına dəlalət edir və bu vaxt çərçivəsi həmin namazlar üçün müştərək vaxt hesab edilir.
     Məğribin başlanması Məğrib və İşa namazlarının vaxtı olub onların arasında müştərək vaxt kimi hesab edilir. Bu da Zöhr və Əsr , Məğrib və İşa namazlarının ardıcıl qılınmasının düzgün olduğunu deyir:
 (“Və qur’anəl-fəcri”) isə sübh namazının vaxtıdır.
 (“İnnə qur’anəl-fəcri kanə məşhudən”) Yəni: “Gecə və gündüz məlaikəsi sübh namazının vaxtına şəhadət verir”.
 Allah-taala digər ayədə buyurur:
“Günün başlanğıcında, sonunda və gecənin vaxtında namaz qıl ki, həqiqətən yaxşılıqlar pislikləri aradan qaldırır. Bu, öyüd alanlara bir öyüddür”.  
 
 
 
Ayənin təfsiri
    Fəqihlər və təfsir alimləri bildirmişlər ki, bu ayədə qeyd edilən namaz gündəlik qılınan beş vacib namazı nəzərdə tutur.
   Ayədən göründüyü kimi, burada namazının yalnız üç vaxtı bildirilir. Yə’ni, (tərəfeyin-nehar)- günün başlanğıcı və sonu – deməklə iki vaxt göstərilir. Naharın birinci tərəfi – günün başlanğıcı Sübh namazının vaxtı, naharın ikinci tərəfi – günün sonu isə Zöhr və Əsr namazlarının vaxtıdır və bu vaxt da günəşin zenit nöqtəsini addaması ilə başlayıb günün sonunadək, günəşin qürubunadək davam edir. Həmin zaman çərçivəsi Zöhr və Əsr namazları üçün müştərək vaxt hesab edilir.
(və zuləfən minəl-ləyli) (Gecə vaxtı); bu da üçüncü vaxtdır ki, Məğrib və İşa namazları üçün müştərək vaxt kimi tə’yin edilmişdir. Həmin vaxt ölçüsu günəşin qürub etməsindən (məğrib) ta gecə yarısınadək davam edir. Əlbəttə ki, burada da Məğrib namazı İşa namazından əvvəl qılınır.
   Daha bir Qur’an ayəsinə nəzər salaq:
“Hər nə deyirlər, səbr et və Rəbbinə günəş doğmadan və günəş batmadan öncə sitayiş et. Və eləcə də gücənin bir bölümündə və hər səcdədən sonra Ona sitayiş et”.
 
 
 
Ayənin təfsiri
   Fəqihlər və təfsir alimləri bu ayəni araşdıraraq bildirmişlər ki, Allah-taala burada beş vacib namazlara işarə etmişdir. Həmin ayələrə diqqətlə nəzər yetirsək görərik ki, burada da namazların məhz üç vaxtda qılınması bəyan edilir:
 (qəblə tuluiş- şəmsi)(günəş doğmadan ) ; bu, Sübh namazının vaxtı olub , günəş çıxanədək davam edir.
(və qəbləl ğurubi) (günəşin batmasından əvvəl); bu da Zöhr və Əsr namazlarının müştərək vaxtıdır ki, günəş batanadək davam edir.(və minəl-ləyli fəsəvvihhu) (və gecənin bir bölümündə ona sitayiş et); yə`ni  gecənin bir (ilk) hissəsində namaz qıl. Gecənin ilk hissəsində qılınması vacib olan namaz Məğrib və İşa namazlarıdır və bu vaxt çərçivəsi qeyd olunan namazlar üçün müştərək vaxt kimi tə`yin edilmişdir.(və adbarəs-sucudi) ( və hər səcdədən sonra Ona sitayiş et); yə`ni vacib səcdələrdən sonra Allaha sitayiş et. Təfsir alimlərinin bildirdiklərinə görə buradaki vacib səcdələr Məğrib və ya İşa yaxud da gecə namazının səcdələrinə işarə edir.
    Əziz oxucu, ayələrdən sənə aydın oldu ki, gündəlik vacib namazlar üç vaxtda təyin edilmiş və iki namazı(Zöhr və Əsr, Məğrib və İşa) ardıcıl olaraq qılmaq caizdir(düzgündür). Sözsüz ki, bu namazların ayrı-ayrılıqda qılınması vacib olsaydı, Allah-taalaöz kitabında həmin beş vaxta işarə edərdi.




Peyğəmbərin(s) hədisləri

 

   Qeyd edilən iki namazın ardıcıl şəkildə qılınmasının düzgünlüyünü bildirən bir çox  Peyğəmbər(s) hədisləri vardır. Bu hədislərdən bəlli olur ki, hətta xüsusi hallar (yağış, hərb, səfər halı) olmadan belə, Həzrət Peyğəmbər (s) iki namazı ardıcıl olaraq qılardı. Bunun səbəbini Peyğəmbərdən (s) soruşduqda buyurardı:
  “Ona görə ki, istəyirəm ümmətim üçün asanlıq yaransın. İstəyirəm ki, ümmətimi çətinlik və əziyyətə salmayım
”.
   Yə`ni, ümmətim üçün rahatlıq və azadlıq istəyirəm. Əgər istəsələr namazlarını cəm şəkildə qıla bilərlər (iki namazı). Çünki iki namazın ardıcıl olaraq qılınması rahatlıq  yaradır. Xüsusən də, iş adamları üçün. Aydın məsələdir ki, şər`i cəhətdən arxayınlıq kəsb edib iki namazı ardıcıl qılmaq müəyyən iş və ya sənətlə məşqul olan adam üçün daha asan, daha rahatdır, lakin iki namazın ayrı-ayrılıqda, müxtəlif vaxtlarda qılınması bə`zi çətinliklərə səbəb olur. Yə`ni  işlə məşqul olan adam namaz qılmaq üçün gördüyü işi müəyyən vaxt çərçivəsində tərk etməli, yuyunmalı, paklanmalı, paltarının dəyişməli, dəstəmaz almalı, namaz üçün münasib yer tapmalı və i. a. Bütün bunlardan sonra, işə başlamaq üçün iş paltarını geyinməli və iş yerinə qayıtmalıdır. İşə yenicə başladığı zaman  isə əgər Zöhr (və ya Məğrib) namazını qılmışdırsa, birdə görəcək ki artıq Əsr(və ya İşa) namazının vaxtı yaxınlaşır. Bu adam məcbur olur ki, yenidən paltarını dəyəşsin, yuyunsun, işini yarımçıq qoysun və i.a. bir sözlə, məşəqqət, çətinlik, iş yerində narazlıq və s. səbəb olan hallar meydana çıxır.

   
Allah-taala isə buyurub: “Allah iradəsi sizə çətinlik deyil, rahatlıq dilər”

 

     O, dində (İslamda) sizə heç bir çətinlik yaratmadı”

 

  Məhz buna görə də Peyğəmbər (s) buyurmuşdur: “İstəyirəm ki, ümmətim üçün asanlıq yaransı. İstəyirəm ki, ümmətimi çətinlik və əziyyətə salmayım”

   Əziz oxucu, bu mövzu ilə bağlı daha bir neçə  hədisi diqqətinə çatdırmaq istərdik. İbn  Abbas demişdir : “Rəsulullah (s) Mədinədə Zöhr və Əsr namazını, qorxu və ya səfərə çıxma halı olmadan, bir yerdə qıldı” Rəvayət olunur ki, bunun səbəbini ibn Abbasdan soruşduqda, o, belə cavab vermişdir: “İstədi ki, ümmətindən heç  kimi əziyyətə salmasın”

   Başqa bir yerdə ibn Abbasın dedikləri bu cür  rəvayət olunur: “Mədinədə Peyğəmbər (s) namazını 7 və 8 rəkət qıldı: Məğrib və İşa , Zöhr və Əsr”.

  İbn Abbasdan  nəql olunan digər bir hədisdə deyilir: “Rəsulullah (s) qorxu və ya səfər etmə ərəfəsində olmadan zöhr və əsri, məğrib və işanı bir yerdə qıldı. Peyğəmbərin (s) nə üçün belə etdiyini ibn Abbasdan soruşduqda o, dedi: “ İstədi ki, ümmətini əziyyətə salmasın”.

  Təbərani ibn Məs`uddan nəql edərək demişdir: “Peyğəmbər (s) Mədinədə zöhr və əsri, məğrib və işanı bir yerdə qıldı. Peyğəmbərdən (s) bunun səbəbini soruşduqda, buyurdu:  Bunu etdim ki, ümmətim əziyyətə düşməsin”

 Qorxu halı olmadan , səfər etmədən, yağışlı gün olmadan, Peyğəmbərin (s) iki namazı bir yerdə, ardıcıl şəkildə qılınmasının səbəbini Abdullah ibn Ömərdən  soroşduqda, o, belə cavab vermişdi: “Bunu etdi ki, üməti əziyyətə düşməsin”

  “Səhih Müslim”də ibn Abbasın dediklərini Abdullah ibn Səfid belə nəql edir: “Rəsulullahın zöhr və əsri, məğrib və işanı bir yerdə qıldığını gördüm”.

  Abdullah ibn Səfid deyir ki, bu sözlərin düz olmasına şəkk etdim. Əbu Hüreyrənin yanına gəldim və o da, İbn Abbasın dediklərini təsdiq etdi.

 

 

 

İki namazın ardıcıl olaraq qılınması

Əhli-beytin nəzərində

 

 

   Peyğəmbərin (s) mə`sum Əhli-beyti də iki namazın ardıcıl qılınmasına icazə vermiş və bunu caiz (dügün) hesab etmişlər.

  “Bir kişi iki namazı bir-birinin  ardınca , səbəb olmadan belə, qılınması haqda İmam Sadiqdən (ə) soruşdu.” İmam belə buyurdu : “Rəsulullah artıq bunu etmişdir və istəyi də bu olmuşdur ki, ümmətini həmin əməllə rahat etsin”

  Əvvəllər varlı olan kişi indi kasıb olduğun Əhli-beytin 11-ci İmamına (İmam Həsən Əsgəri) şikayət etdikdə, İmam belə buyurdu: “İki namazı bir-birinin ardınca qıl, istəyinə yetərsən”

  Hədisdən  göründüyü kimi iki namazın ardıcıl  qılınması kasıblığın aradan getməsinə və ruzinin çoxalmasına səbəb olur.

  Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: “Həqiqətən Rəsulullah heç bir səbəb olmadan zöhr və əsr namazlarını ardıcıl şəkildə qıldı. Ömər Ona dedi : Ya Rəsuləllah, namazda bir şeymi baş verdi? Rəsulullah buyurdu: Yox, heç nə baş vermədi, lakin istədim ki, ümmətim üçün asanlıq yaransın”.

   Əziz oxucu , indi özün düşün: İki namazı ardıcıl olaraq qılmaq əfzəldir, yoxsa ayrı-ayrılıqda?! Qur`ani –Kərimi və Peyğəmbərin (s) hədisləri iki namazın ardıcıl qılınmasını düzgün və əfzəl bilirsə, şübhəsiz ki, namazın bu cür qılınması daha gözəl və məqsədəuyğundur.

   Gəlin , bir Qur`n ayəsini nəzər salaq:

 

“Rəbbimizin bağışlanması və təqvalılar üçün hazırlanmış, eni bütün göylər və yer qədər olan cənnətə varmaq üzrə bir-birinizi qabaqlayın”. Ayədən göründüyü kimi, Allah-taala ilahi rəhmətə və məğfirətə səbəb olan şeyləri əldə etmək üçün tələsməyi tövsiyə edir. Aydin məsələdir ki, namaz, həqiqətən də, rəhmət və məğfirətə səbəb olur. Düzgün qılınan zöhr namazından sonra işa namazı birbaşa, ardıcıl olaraq yerinə yetirilərsə, əlbəttə ki, bu, Allahın məğfirətinə səbəb olacaqdır.

   

    Digər ayada oxuyuruq:

 

   “Xeyir işlərdə bir-birinizi qabaqlayın”. Allah-taala Qur`anda bizləri xeyirli əməllərə çağırır və bu işdə tələsməyi tövsiyə edir. Mə`lumdur ki, namaz əməllərin ən fəzilətlisi və əzəmətlisidir. Ona görə də, iki namazı Allahın bəyan etdiyi və Peyğəmbərin (s) buyurduğu kimi  ardıcıl qılmaq xeyirli əməllərin ən ümdə təməlidir.

   Əhli-beytdən nəql edilmiş hədislərə bir daha nəzər yetirək. İmam Rza  (ə) buyurmuşdur: “Hər bir namazın üç vaxtı vardır: birinci vaxtı, orta vaxtı, axır vaxtı.Birinci vaxt-Allahın razı qaldığı, orta vaxt- Allahın əfv etdiyi, axır vaxt isə - Allahın bağışladığı vaxtdır. Birinci vaxt ən fəzilətli vaxtdır”.

 

“Bir kişi İmam Rzadan (ə) namazın ən fəzilətli vaxtı haqqında soruşur. İmam (ə) cavab verir ki, birinci vaxt və əlavə olaraq deyir: Rəsulullah (s) buyurmuşdur: Həqiqətən Allah-taala tələsdirilən xeyirli əməli sevər.”

 

“Zöhr və Əsr namazlarının vaxtı haqqında İmamdan (ə) soruşduqda, O, belə cavab verdi: Əgər günəş zəvaldan adlasa, artıq iki namazın (Zöhr və Əsr) vaxtı daxil olmuşdur.”

 

  Qeyd olunan ayələr və hədislərin şərhindən sonra əksər fəqihlər iki namazın ardıcıl qılınmasının  caiz olduğunu, ayrı-ayrılıqda qılınmasının isə fəzilətli olması fətvasını vermişlər.

  

BƏHSİN NƏTİCƏSİ

 

   Açıqlama verdiyimiz ayələrdən və hədislərdən bəlli oldu ki, iki namazın ardıcıl qılınması caizdir və burada heç bir xələl yoxdur.

 Bu ayə və  hədislərdən başa düşdük ki, soyuq, yağış, hərb, səfərə çıxmaq halları və digər səbəblər olsa da, olmasa da , iki namazı ardıcıl qılmaq fəzilətli və məqsədə uyğundur. İlahi kəlamlardan və Əhli-beytin buyuqlarından öyrəndik ki, iki namazın ardıcıl qılınması ruzinin artmasına, Allahın məğfirətiə səbəb olur. Həmçinin dərk etdik ki, namazın bu cür qılınması ilahi rəhmətə və xeyirli əmələ tələsməyə gətirib çıxarır.

  Təəccüblüdür ki, bə`zi şəxslər iki namazın ardıcıl qılınmasının düzgünlüyünü bəyan edən ayələri, Peyğəmbər (s) hədislərini bilə-bilə, namazın bu cür qılınmasının caiz  olmağının iddia edirlər. Görəsən , onlar  söz “müharibəsinə” qalxıblar, yoxsa həqiqi İslaml məsxərəyə qoyublar? Ən acınacaqlısı isə budur ki, onlar  bu ayə və səhih hədisləri oxuyur, bilir və bununla belə yenə də naqis iddialarını irəli sürür, qeyd olunan hökmü, hədisləri inkar edirlər.

  Dahi alim Seyyid Şərafəddin (Allah ondan razı olsun) deyir ki, başqa məzhəblərin alimləri ilə görüşdüyüm zaman onlar da iki namazın ardıcıl qılınmasının düzgün olduğuna inandıqlarını mənə bildirmişlər. Lakin, onların dediyinə    görə, avam camaatın qorxusundan bu işi bildirməyə cür`ət etmirlər. Görünür, bu “alimlər” Allahın buyurduğu ayədən xəbərsiz və qafildirlər. Allah-taala buyurub:

 

    “Onlar ki, Allahın pəyamlarının çatdırıb, Ondan qorxar və Ondan savayı heç kəsdən qorxmazlar və Allah əməlləri hesablamaq üçün kıfayətdir”

 

Bu “alimlər” yaddan çıxarırlar ki, Allah buyuruqlarına xilaf çıxıb iki namazın ayrı-ayrılıqdsa qılınması fikrini yaymaqla bir çox iş əhlinin namazdan yayınmasına, onu tərk etməsinə və bu insanların namaza  səhlənkar yanaşmasına səbəb olurlar. Bir fakt olaraq  bildirməliyik ki, bir-birinin ardınca qılınan iki namaz, ümumilikdə, namazın qorunmasına səbəb olan mühüm amildir. Allah-taala buyurub:

    

    “Namazları və orta namazı qoruyun. Müti`cəsinə Allah qiyam edin.”



Şər`i  məsələ

 

  Qeyd olunan hədislə bağlı fəqihlərin bildirdiyi bir şər`i məsələni diqqətinizə çatdırmaq istərdik:

  Namazın vaxtı yetışdikdə, onun yerinə yetirilmə müddəti bu namazın birinci vaxtına məxsusdur və təqribən 4 dəqiqə miqdarı qədərdir. Sonraki vaxt isə həmin iki namaz üçün müştərək vaxt hesab olunur.

  Məsələnin izahı:  Əgər Zöhr namazının vaxtı yetişsə, bu namazın yerinə yetirilmə müddəti birinci vaxt olub  Zöhr namazına məxsusdur (3-4 dəq.) Sonra məğribə qədər davam edən zaman ölçüsü Zöhr və əsər namazları üçün müştərək vaxt hesab edilir. Bu hökm eyniylə məğrib namazına da aiddir. Məğribin birinci vaxtı namazın yerinə yetirilmə müddəti qədər olub, yalnız Məğrib namazına məxsusdur. Bu qısa zaman çərçivəsindən sonraki müddət isə, yə`ni gecə yarısınadək davam edən vaxt, Məğrib və İşa namazlarının müştərək vaxtıdır. Deməli, Zöhr namazından sonra birbaşa Əsr namazını qılan şəxsə deyilsə ki, sən Əsr namzını vaxtından əvvəl qılmısan, bu düz fikir olmaz. Çünki həmin şəxsin namaz qıldığı vaxt, Zöhr və Əsr namazlarının müştərək vaxtıdır. Bu hökm məğrib və işa namazlarına da şamildir.

  Səhih kitablarında (“Səhih Buxari”, “Səhih Müslim”) rəvayət olunur ki, Peyğəmbər (s) Ərəfədə (dağ adı) Zöhr və Əsr namazlarını bir-birinin ardınca qılmışdır. Sual oluna bilər : məgər, Peyğəmbər (s) Əsr namazını vaxtından əvvəl qılmışdır?

  Əgər desək ki, Peyğəmbər(s)  Əsr namazını vaxtından əvvəl qılıb, bu batil fikirdir. Çünki Allah Rəsulunun namazı  vaxtından əvvəl qılması qeyri-mümkündür. Əgər desək ki, vaxtında qılıb, (sözsüz ki, bu belədir) onda Zöhr namazından sonra birbaşa Əsr namazını qılmaq düzgün və əfəzəldir(çünki bu Peyğəmbər (s) əməlidir).

Nəticə : Həqiqətən, Əsr namazı Zöhr namazından sonra birbaşa qılınır

 

 “ Həqiqətən bu öyüd –nəsihətdir. Kim istəsə, ondan öyüd alar.”(Onu yadında saxlayar.)


SON SÖZ

 

    Əziz müsəlman qardaş! İslam İlahinin buyurduqlarına təslim olmaq və Allah-taalanın əmrlərini xalisliklə yerinə yetirmək dinidir.

    Əziz oxucu, bu kitabın birinci fəslindən öyrəndik ki, səcdə yalnız yer üzərinə vacibdir. Döşənəcək əşyalara, pambıq və ya yundan hazırlanmış geyimlər üzərinə səcdə caiz deyildir.

  İkinci fəsildən də  öyrəndik ki, iki namazın ardıcıl olaraq qılınması düzgündür və bu cür namazda heç bir xəta , səhv, işkal yoxdur. Əksinə, bu əməl müstəhəb əməllərdəndir.

  Əzizmüsəlman qardaşım!  Bütün bu deyilənlərdən sonra, həmin dini əmrlərə təslim olmaq, onlara olduğu kimi əməl etmək və gələn ibadətlərində bu hökmləri yerinə yetirməyin artıq sənə vacibdir!

  Əgər yer üzərinə səcdə edirdinsə, inşaallah, namazların səhihdir. Yer üzərinə səcdənin vacibliyini bilməmisənsə və namazlarında döşənəcək, geyim əşyaları üzərinə səcdə etmisənsə, namazların yenə də dəhihdir. Qəzasını da, qılmaq vacib deyil. Lakin yer üzərinə səcdənin vacib olduğunu bildikdən sonra, səcdə edilməsi caiz olmayan əşyalar üzərində namaz qılarkən səcdə etməyin düzgün olmaz və bu növ namazın batildir. Allahdan diləyək ki, ona itaət etməkdə və Onun razılığını qazanmaqda bizləri müvəffəq etsin. Bizi günahlardan çəkindirsin.

  Allahın salavat və salamı olsun Onun Peyğəmbərinə və Peyğəmbərin (s) pak Əhli-beytinə!




                                                                                               
                                                                                                                   Səhivə: Samirə Azəri
Seyyid Məhəmməd İbrahim Əl-Müvəhhid Əl-Qəzvininin
                          "Torpaq üzərinə səcdə və iki namazın
ardıcıl qılınması"
Kitabından.
 





RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (37 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------