HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  Şıxəli Qurbanov
 

ŞIXƏLİ QURBANOV
 
 

(1925 - 1967)
 
Kürdəxanılı Məmmədsadıq Qurbanovun ailəsində 4 oğlan və bir qız uşağı dünyaya gəlib. Oğlanları Qurbanəli Qurbanov,Məmmədəli Qurbanov,Qasım Qurbanov,Əlihəsən Qurbanov
və qızı Şəhrəbani Qurbanova.
   Qurbanəli Qurbanov 1898-ci ildə anadan olmuşdur.Qurbanəli Qurbanovun həyat yoldaşı
Novxanılı Axund Məhəmmədəminin qızı Zəhra xanım olmuşdur.Qurbanəli Qurbanovun
övladları: Şeyxəli (Şıxəli) Qurbanov 1925-ci ildə anadan olmuşdur.Şıxəli Qurbanovun bacıları:
Gülsüm Qurbanova,Böyükxanım Qurbanova,Kəbirə Qurbanova və Tamilla Qurbanova olmuşdur.Qardaşları Məmməd Qurbanov Azərbaycanda dəniz neft yataqlarının istismarında məşhur mütəxəssis olmuşdur.Ailənin kiçik oğlu olan Məmməd Qurbanovun neft quyularının kəşfində,bu sahədə mütəxəssislərin yetişməsində böyük xidmətləri olmuşdur.Azərbaycanın dünya səviyyəsində nefti,qara qızılı ilə tanınmasında,bu günki maddi rifahımızın yüksəlməsində
əvəzsiz hörmətə layiqli bir alim sayılır.
    Ailənin böyük oğlu Şeyxəli (Şıxəli) Qurbanəli oğlu Qurbanov 1925-ci ildə Avqustun 16-da qulluqçu ailəsində dünyaya göz açmışdır.Orta məktəbi Bakı şəhərində bitirmiş,1942-ci ilin İyun ayın da,hələ 17 yaşı tamam olmamış könüllü olaraq cəbhəyə getmişdir.1942-1946-ci illər ərzin də bütün cəbhə boyu döyüşlərdə iştirak etmiş,Leninqrad müharibəsində bölmə komandiri kimi döyüşmüş, QBBD-nin ƏADKB-nın komandiri kimi berlində 1946-ci ildə təlxis olunmuşdur.
      Cəbhədə partiyaya üzv olmuş və fəal iştirakına görə “İgidliyə görə” (1944),”Kensbergin aınmasına görə” (1944),”1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə”(1945-ci il) medalları ilə təltif edilmişdir.
      Müharibədən sonra Şıxəli Qurbanov Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitunun filologiya fakultəsini bitirir. Hələ tələbəlik illərində dahi A.S.Puşkinin poeziyasına vurğun olan Şıxəli Qurbanov onun Azərbaycan poeziyası təsirini tədqiq etmişdir.Onun diqqətini rus şairinin Şərqə və Azərbaycana olan marağı,Azərbaycanın görkəmli maarifçiləri ilə dostluq əlaqələri cəlb edirdi.Bu işin yekunu Ş.Qurbanov tərəfindən 1956-ci il iyun ayının 30-da müdafiə olunan namizədlik dissertasiyası olur.Həmin işin əsasında Ş.Qurbanovun “Puşkin və Azərbyacan Poeziyası” (1956- ci il),”Puşkin və Azərbaycan” (1959-cu il) adlı kitabları nəşrolundu.Görkəmli alimin bu əsərləri onun Azərbaycanda ilk Puşkinşunas alim hesab etməyə əsas verir.
     1964-cü ildə Bakıda Elimlər Akademiyasının nəşriyyatı tərəfindən Ş.Qurbanovun ”XIX əsirdə Azərbaycan-rus ədəbi əlaqələrinin inkişafı mərhələləri” adlı monoqrafiyası nəşr edilib.Bu monoqrafiya əsasında o,1965-ci il mayın 20-də doktorluq dissertasiyası müdafiə etmişdir.Həmin əsər 1976-ci ildə müəllifin ölümündən sonra cap edilmişdir.
     Şıxəli Qurbanovun ədəbi istedadı hərtərəfli və çoxşaxəli idi.O,şeirlər,hekayələr,novellalar,libretto və piyeslər yazırdı.”Əcəb işə düşdük” (1962),”Özümüz bilərik” (1963),”Olmadı elə oldu belə” (1964) komediyalarında bürokratlar,əliəyrilər və fırıldaqçılar satira atəşinə tutulur.
      Şıxəli Qurbanovun son əsəri 1967-ci il 2 iyun tarixində Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının səhnəsində tamaşaya qoyulan (müəllifin vəfatından sonra) “Sənsiz” dramı oldu.Bu Piyesdə Stalin repressiyasının qurbanı olan insanların taleyi əks olunur.Bu əsər keçmiş SSRİ ərazisində bu mövzuya aid səhnədə qoyulan ilk əsərdir.Müəllif ancaq əsərin baş məşqini yarımçıq qoymuşdur.Yazıçı Ənvər Əlibəylinin dediklərindən:
       “Bir dəfə təsadüfən (1967-ci ildə) Ə.Əlibəyli Ş.Qurbanovla “Bakı Soveti”metrosunda rastlaşır və Ə.Əlibəyli ona deyir ki,sabah sənin “Sənsiz”əsərinin premyerasıdır. Ş.Qurbanovun cavabı belə olur: “Sənsiz”ə baxarsınız “Mənsiz”.
        Onun Vəfatından sonar “Sənsiz”dramı Respublika müsabiqəsində I yerə layiq görülmüşdür
 
Əqidəsinə görə beynəlmilərçi olan bu insan öz xalqını və Vətəni Azərbaycanı hədsiz dərəcədə sevirdi.Məsh bu məhəbbətin sayəsində 1959-cu ildə Moskvaya qarşı “İmkan verin öz tariximizi özümüz yazaq!”-deyə etiraz etməsi və buna görə tutuduğu yüksək vəzifədən azad edilməsinə baxmayaraq,bir neçə il sonra yenidən daha yüksək vəzifəyə seçilmişdir.
      Natamam 42 illik həyatında Şıxəli Qurbanov çox işlər görmüşdür.1967-ci ildə isə Azərbaycan xalqının uzun əsirlər boyu heç zaman unutmayacağı bir xidməti öz canından artıq sevdiyi xalqına göstərdi.O,tutduğu AKP MK-nin ideoloji məsələlər üzrə katibi vəzifəsindən istifadə edərək Azərbaycan xalqının ən qədim və istəkli bayramı olan “Novruz bayramı”nın dövlət səviyyəsində keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur.Bununlada Şıxəli Qurbanov xalqının milli şurunun oyanmasına nail olmuşdur.Məhs elə ona görə də o,1967-ci il may ayının 24 də müəmmalı və faciəli surətdə vəfat etmişdir.
      Şıxəli deyəndə kimi xatırlayırıq?
   Azərbaycan xalq yazıçısı,ədəbiyyatşunas,Filologiya elimləri doktoru,Ü.Hacıbəyov adına Respublika Dövlət Laureatı,Azərbaycan Junalistlər İttifaqının yaranmasına rəhbərlik edən Qələm ustası,yaradıcılığı ilə tanış olan hər bir insanın ürəyində dərin iz qoyan yazıçı və dramaturq,Azərbaycan xalqının milli özünüdərkinə nail olan görkəmli partiya və dövlət xadimi,vətənpərvər insan,gözəl ailə başçısı,mehriban ata,əsil vətənda.
    Bütün bu titulları Şıxəli Qurbanov vətəni Azərbaycana olan sonsuz məhəbbəti sayəsində qazanmışdır.Məsh ona görə bu gün də,onun ağılasığmaz faciyəli ölümündən 44 il keçəndən sonra da xalq Şıxəli Qurbanovu ancaq və ancaq xoş sözlə yad edir.
        
RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (20 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------