HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  ŞƏHİDLƏRİMİZ.

 



Baş Leytenant İlqar Əbdülhəmid oğlu Quliyev


         (1960-1994)


İlqar Quliyev Əbdülhəmid oğlu 1960-cı il dekabrın 28-də 
Bakının Kürdəxanı qəsəbəsində
anadan olmuşdur.
Qəsəbədəki 113 saylı orta məktəbi bitirmişdir.

İlqar N saylı hərbi hissəsində təcrübəli mütəxəssis kimi
xidmək edərək and içmişdir ki,doğma vətəni göz bəbəyi kimi qoruyacaq,
yağı düşmənin torpaqlarımızdan qovulmasında fəal iştirak edəcək.
 Amma tale onun ömrünün 34-cü baharında boya-başa çatdığı doğma
Torpağa şəhid kimi əbədi qonaq gətirdi.
Quliyev İlqar 1978-ci ildə orta məktəbi bitirdikdən sonra,
Azərbaycan Neft və Kimya İnstitutunun axşam şöbəsinə
Daxil olmuşdur.1985-ci ildə ali təhsilini başa vurandan sonra,
Bakı elektrik ştampları sınaq təcrübə zavodunda işləməyə başlamışdır.
1992-ci ildə Müdafiə Nazirliyi tərəfindən Bakı hərbi məktəbinə
Çağırılmışdır.Yüksək hərbi biliyə malik olduğuna görə Müdafiə Nazirliyi
tərəfindən Füzuli bölgəsindəki N –hərbi hissəsinin rəisi təyin olunmuşdur.
 Füzuli rayonunun Alxanlı,Kürdmahmudlu,Qaraxanlıya qədər bütün ərazisini
minadan təmizləmişdir.Son günlər İlqar öz həyatını təhlükə qarşısına ataraq
gündə 100-120 mina zərərləşdirməklə yüzlərlə insan həyatını ölümdən xilas etdi,
özü isə 1994-cü il yanvarın 25-də qəhrəmancasına həlak oldu.Ondan yadigar
gözüyaşlı həyat yoldaşı,körpə oğlu və birdə hələ həyata gəlməmiş,ata
nəvazişindən məhrum olan körpəsi qaldı.O,Kürdəxanı qəsəbəsindəki
qəbiristanlıqda dəfn edilmişdir.
 1994-cü il avqustun 1-də Azərbaycan Respublikası Prezidentinin
fərmanı ilə,İlqar Quliyev ölümündən sonra,Azərbaycan Bayrağı ordeni ilə
təltif olunmuşdur.
          Allah rəhmət eləsin!
  ====================================== 

           Paşa Dərdayıl oğlu Nəzərov


       (1952-1993) 

 

Paşa Dərdayıl oğlu Nəzərov 1952-ci ildə Kürdəxanı qəsəbəsində

dünyaya gəlmişdir.Paşa hərbçi idi.Bütün varlığı ilə bu işə bağlı idi.

Sambo məktəbini bitirdikdən sonra 3 aylıq tankçı kursunu

müvəffəqiyyətlə başa vurub.1971-ci ildə hərbi xidmətə çağırılmış-

dır.Əla xidmətinə görə ona fəxri fərman və gizir rütbəsi verilib.

Hərbi xidməti başa vurduqdan sonra bir müddət respublika

daxili işlər orqanlarında xidmət etmişdir.Yaxşı işinə görə

dəfələrlə komandanlığın fəxri fərmanına layiq görülmüşdür.

 1991-ci ilin noyabrında könüllü olaraq cəbhəyə getdi.

Laçın və Kəlbəcərdə gedən döyüşlərdə fəal iştirak etmişdir.

Cəbhədə ağır yaralanan Paşa hospitala düşdü,cəbhə xətdindən

aldığı məlumat onu rahat buraxmırdı.Qısasçılıq hissi onu tezliklə

cəbhəyə qayıtmağa tələsdirirdi.Ona görədə yaraları sağalmamış

döyüş xəttinə yollandı.1993-cü ilin aprelində Murovdağda gedən

döyüşlərdə qəhrəmancasına həlak olur.15-gündən sonra

Şəhidlər xiyabanında əbədiyyətə,ölməzliyə qoşuldu.

        Allah rəhmət eləsin!

 

===================================== 

     

         Faiz Əliheydər oğlu Heydərov 


  
(1973-1993)

Faiz Əliheydər oğlu Heydərov 1973-cü ildə Kürdəxanı qəsəbəsində

Anadan olmuşdur.Bütün yaşıdları kimi 1980-cı ildə qəsəbədəki 113

saylı orta məktəbə qəbul olmuş,1990-cı ildə bitirmişdir!

 1992-ci il oktyabr ayının 12-də həqiqi hərbi xidmətə çağırılmışdır.

Hərbi fəaliyyətə Ağdam rayon cəbhə bölgələrində başlamışdir.

  1993-cü il dekabrın 31-də Ağdam cəbhə bölgələrində gedən

Qanlı döyüşlərdə şəhid olmuşdur.

                   Allah rəhmət eləsin!

===================================== 

 

        Natiq Rayet oğlu  Babayev


     (1972-1994)

Natiq Rayət oğlu Babayev 1972-ci ildə Kürdəxanı qəsəbəsində

Anadan olmuşdur.Natiq orta məktəbi bitirdikdən sonra 1992-ci ildə

Hərbi xidmətə çağırılır.N-hərbi hissəsində bir neçə ay müddətində

Xüsusi təyinatlı rabitəçı sənətinə yiyələnib.İki ildən artıq müddət

ərzində Ağdam,Füzuli,qazax,Beyləqan,Ağcabədi  kimi qaynar cəbhə

bölgələrində xidmət edib.Amansız ölüm qəhrəman əsgərin ömrünü

 yarımçıq qoydu.

1994-cü il aprelin 11-də Ağdam Zəngişalı kəndində gedən döyüşdə

Natiq həlak oldu.

                    Allah rəhmət eləsin!

===================================== 

 
               
          Fikrət Bəhlul oğlu Babayev


      (1964-1994)

Fikrət Bəhlul oğlu babayev 1964-cü ildə Kürdəxanı qəsəbəsində anadan

olmuşdur.

Fikrət 1971-79 cu illərdə 113 saylı orta məktəbdə oxumuş,1979-cu ildə

8-ci sinfi bitirdikdən sonra 6 saylı TPM-ə daxilolmuşdur.1981-ci ildə

peşə məktəbini bitirərək qaz və elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir.

 1982-84 cü illərdə keçmiş sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Hərbi xidmətdən qayıtdıqdan sonra T.İsmalıyov adına maşınqayırma zavodunda

Işləyirdi.1993-cü il noyabrın 16-da könüllü olaraq Vətənin müdafiəsinə getdi.

30 yaşı tamam olmamışdı.

Füzuli rayonunun bir neçə kəndini ermənilərdən təmizləyən Milli ordunun

əsgərləri Yuxarı Seyidəhmədli kəndi yaxınlığında qanlı döyüşə girişmişdilər.

Elə həmin döyüşdə düşmən snayperindən açılan atəşlə Fikrət başından gülləyə

Tuş gəldi və 1994-cü ilin yanvarın 15-də gözlərini əbədi yumdu.

Bircüt balası yadigar qaldı.

              Allah rəhmət eləsin...

 

====================================

    Baş Leytenant İlqar Ağa oğlu Zülfüqarov


       (1969-1994)

İlqar Ağa oğlu Zülfüqarov 1969-cu ildə Kürdəxanı qəsəbəsində

 anadan olmuşdur.

İlqar orta məktəbi bitirdikdən sonra Ç.İldırım adına Politexnik

İnstitutuna daxil olmuş,1992-ci il martın 17-də təhsilini yarımçıq

qoyaraq könüllü olaraq milli orduya yazılır.1992-ci il mayın 25-də

Kəlbəcər rayonunun qızıl rayonunun ,Narıştar,Gərəktar,İmarət-Qərvənd,

Kapar,Ketəyah,Ağdaban,Aterk,Bakklu yaşayış məntəqələrinin

düşmənlərdən azad edilməsində göstərdiyi sücaətə görə ona gizir rütbəsi

verilmiş və N saylı hərbi hissənin  RAX-ın rəisi təyin olunmuşdur.

İlqarın əla təşkilatçılığı sayəsində Ağdərə,Madagiz,Papravənd,Akkonari,

Tanaşl,Dostagir,Maqaviz və sair yaşayış məntəqələri uğrunda gedən döyüş-

lər müvəffəqiyyətlə nəticələnmişdir.

1994-cü il yanvarın 27-də Ağdərədə Akop-Komari uğrunda döyüşlərdə

qəhrəmancasına həlak olur.

İlqar özünün ölümü ilə şəhidlik zirvəsinə uacalaraq Şəhidlər xiyabanında

əbədiyyətə qovuşdu.

                 Allah rəhmət eləsin!

====================================

       Mübariz Möhüb oğlu Məmmədov


     (1969-1994)

Mübariz Möhüb oğlu Məmmədov 1969-cu ildə Kürdəxanı qəsəbəsində

anadan olub.

Mübariz 1984-cü ildə qəsəbədəki 113 saylı orta məktəbin 8-ci sinfini bitirmişdir.

1987-ci ildən 90-cı ilədək sovet ordusu sıralarında xidmət etmişdir.

erməni faşistlərinin törətdiyi vəhşiliklərə dözməyən Mübariz,1992-ci ildə

hərbi komissarlığa müraciət edərək könüllü olaraq cəbhəyə yola düşür.

N saylı hərbi hissənin taborunda qulluq etməyə başlayıb.

O,Qubadlı,Fərəcan,Laçın,Zəngilan,Cəbrayıl və Ağdam bölgələrində

şücaətlə vuruşub 1994-cü ilin yanvarında Ağdamın Ağdərə istiqamətində

gedən qanlı döyüşlərdə Mübariz canından artıq sevdiyi Vətən torpağı

uğrunda şəhid oldu.

                                    Allah rəhmət eləsin!



 BİZ ONLARLA FƏXR EDİRİK!!!

RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (31 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------