HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  Kərimov Kərim











Kərimov Kərim Əlizamin oğlu, 1992-ci ilin fevral ayının 12-də Bakı şəhərinin Kürdəxanı qəsəbəsində anadan olub. 1999-2005'ci illərdə 113 nömrəli orta məktəbdə, 2005-2010'cu illərdə isə Bakı Özəl Türk Liseyində orta təhsilini başa vuraraq, eyni ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur. 2014-cü ildə BDU'nun Hüqüq faültəsindən məzun olaraq, İspaniya Krallığının Barselona şəhərində yerləşən Barselona Universiteti'nin "Beynəlxalq İqtisadi Hüqüq və Siyasət" ixtisası üzrə magistr təhsilinə başlayıb, 2015-ci ildə sözügedən təhsil proqramını uğurla başa vurmuşdur. İctimai fəaliyyətə Bakı Dövlət Universitetinin Debat Klubunda debatçı olaraq başlamış, 2012-2014'cü illərdə həmin Debat Klubun sədri vəzifəsində fəaliyyət göstərmişdir. Müxtəlif Debat Forumlarında dəfələrlə "ən yaxşı hakim", "ən yaxşı məşqçi" nominasiyalarında təltif edilib. Hal-hazırda Karl Popper və Parlamet Debatları üzrə hakim, məşqçi, təlimçi kimi fəaliyyət göstərir. O, avropanın ən böyük hüquq tələbə təşkilatı sayılan ELSA'nın (European Law Students Association) Azərbaycan nümayəndəliyi üzrə 2013-2014'ci illərdə təşkilatın baş katibi olaraq fəaliyyət göstərmişdir. ELSA'da və xaricdə təhsil aldığı müddətlərdə, Azərbaycan hüquq sistemini avropanın bir sıra ölkələrində keçirilən beynəxalq forumlarda uğurla təmsil etmişdir. Müyyən dövrlərdə isə Bakı şəhəri Binəqədi Prokurorluğunda, Nərimanov rayon İcra Hakimiyyətində və Nizami rayon məhkəməsində təcrübə proqramında iştirak etmişdir. Azərbaycanın xaricdəki diaspora fəaliyyətinin bir hissəsi olaraq, o, 2015-ci ilin fevral ayının 12-də Barselonada "Azerbaijani Society in Barcelona"nı (ASB) təsis edib və hal-hazırda həmin təşkilatın sədri vəzifəsini icra edir. Qeyd edək ki, "Azerbaijani Society in Barcelona" - Barselonadakı Azərbaycanlılar cəmiyyəti, Barselonada və ümumən Kataloniyada yaşayan azərbaycanlıları bir araya gətirmək, onları əlaqələndirmək, milli dəyərlərimizin və tarixi reallıqlarımızın təbliğatı məqsədilə yaradılan yeganə azərbaycanlılar cəmiyyətidir. ASB hal-hazırda 7 nəfərdən ibarət olan İdarə Heyəti ilə diaspora fəaliyyətini uğurla davam etdirməkdədir.

Biz onunla fəxr edirik!

RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (13 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------