HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  KÜRDƏXANI BƏLƏDİYYƏSİ

Bələdiyyələr. Artıq 11 ildir ki, bu ifadə bizə yad deyil lakin hələ də əhalinin bir qismi xüsusən yaşlılar və gənc nəsil Bələdiyyələri MİS, qəsəbə nümayəndəliyi və ya torpaq komitəsinə bənzədir. Belə insanların bələdiyyənin funksional vəzifələri və təsir dairələri haqqında təsəvvürləri ya çox azdır ya da ümumiyyətlə yoxdur. Bu isə öz növbəsində əhali üçün həm iqtisadi həm də sosial zəmində çətinliklər törədir. Bəzi hallarda isə bələdiyyələrin də işini çətinləşdirir. Bütün bunların aradan qaldırılması üçün bələdiyyələr tərəfindən məktəblərdə, səhiyyə ocaqları və Bələdiyyələrin təsir dairəsində olan digər müəssisələrdə əsaslı maarifləndirmə işləri görülməlidir.Sözsüz ki, Bələdiyyə anlayışının əhali tərəfindən hələ də tam qavranmaması təkcə bələdiyyələrin günahı olmasa da, bu onların birbaşa vəzifəsidir. Biz də Kurdaxani.com olaraq ilk rəsmi müsahibəmizi qəsəbəmizin yeni seçilmiş Bələdiyyəsinin fəaliyyətini və gələcəkdə qəsəbə üçün gərüləcək işləri işıqlandırmaq məqsədi ilə Bələdiyyə sədri bizim çox gözəl tanıdığımız Sabir Güləkbər oğlu Əliyevlə başladıq. Amma əvvəlcə sədrimiz haqqında: Sabir Güləkbər oğlu Əliyev 1970 ci il iyul ayının 30 - da Bakı şəhəri Kürdəxanı qəsəbəsində anadan olmuşdur. 1977 - 87 - ci illərdə Kürdəxanı qəsəbəsi H. Ağaverdiyev adına 113 saylı orta məktəbdə təhsil almışdır. Həmin illərdə həmyaşıdları arasında fərqli dünyagörüşü, optimizmi və vətənpərvərliyi nəzərə alınaraq ona məktəb rəhbərliyi tərəfindən o dövrün tələbinə uyğun Gənclər təşkilatının məktəb üzrə nümayəndəsi vəzifəsi həvalə olunmuşdur. 1988 - ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakultəsinə qəbul olunmuş sonradan fakultənin nəznində o zaman yeni yaranmış Beynəlxalq münasibətlər bölməsində təhsilini davam etdirmişdir. Ali təhsilini 1993 - cü ildə bitirdikdən sonra Leytenant hərbi rütbəsi alıb I Qarabağ müharibəsində Vətən uğrunda mübarizəyə qoşulmuşdur. Döyüşlərdə bir neçə ay müvəffəqiyyətlə iştrak etmiş və atəşkəs elan olunması nəticəsində növbədən kənar Baş/leytenant rütbəsi ilə təltif olunaraq ehtiyyata buraxılmışdır. 1996 - cı ildən Pedaqoji fəaliyyətə başlayaraq bir müddət Bakı şəhəri 63 saylı Texniki peşə məktəbi və Texnikumda tarix fənnini tədris etmişdir. 1998 - ci ildə öz xahişi ilə işdən azad olunmuş və həmin ildən öz doğma məktəbinə müəllim təyin olunmuşdur. Burada 2003 - cü ildə “5 il qüsursuz fəaliyyətinə görə” məktəb rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. 2009 - cu ildə qəsəbə əhalisinin böyük hissəsinin təşəbbüsü ilə Azərbaycan Respublikasının III Bələdiyyə seçkilərində iştrak etmiş və nəticədə namizədlər arasında ən çox səs toplayaraq qalib gəlmişdir. Sonradan Bələdiyyə üzvlərinin ümumi iclasında yekdilliklə bələdiyyə sədrliyinə layiq görülmüşdür. Hal-hazırda Kürdəxanı qəsəbəsi Bələdiyyə sədridir və bununla yanaşı pedaqoji fəaliyyətini davam etdirir. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Evlidir, iki övladı var. Kurdaxani.com : Əvvəla sizi bu vəzifəyə başlamanız münasibəti ilə təbrik edir və sizin timsalınızda bütün bələdiyyə üzvlərinə uğurlar arzu edirik! Kurdaxani.com : Önümüzdə duran beş ildə Bələdiyyəmizi necə görəcəyik? Sabir M:Mən gördüyüm və görəcəyim bütün işlərdə daim Allahıma sığınmışam və bu günə qədər hər bir nailiyyətimi yalnız Allahıma, xalqıma və dövlətimə borcluyam! İlk öncə Mən bu suala öz münasibətimi bildirməzdən əvvəl Ümummilli Liderimiz Heydər Əliyevin sözləri ilə başlamaq istərdim. “Həyatda uğurla yaşamaq üçün xalqımızın, millətimizin, milli-mənəvi dəyərlərinə sadiq olmaq, bu milli-mənəvi dəyərləri birləşdirib müasir həyat tərzi keçirmək lazımdır” Həqiqətən də dahiyanə deyilmiş bu ifadələr bu gün bizim həyatımızda əsas ideyalardan biridir. Azərbaycanda Bələdiyyələr 1999 - cu ildən mövcud olsa da bu qurumlar təxminən 2000-2002 – ci ildən tam fəaliyyətə başlamışdır. Bu qurum haqqında əhalinin və bəzi hallarda bələdiyyə üzvlərinin də anlayışı çox azdır. Təəssüflər olsun ki bələdiyyə yeni yarandığı üçün bələdiyyələrin mövqeyi xalq arasında çox zəifdir. Şəxsən mənim bir bələdiyyə nümayəndəsi və bələdiyyə sədri kimi əsas vəzifəm bələdiyyələrin əhali arasında nüfuzunu qaldıraraq, insanların həyatının vacib hissəsinə çevirməkdir. Yəni, insanlar bələdiyyə dedikdə anlamalıdılar ki, bələdiyyə onların müəyyən problemlərinin həll olunduğu yer və onların dostudur. Buna nail olduqdan sonra insanların inam və dəstəyindən istifadə edib birlikdə daha böyük nailiyyətlər əldə etməkdir. Təbii ki, bu tək mənim işim deyil bu işdə mən öncə Allahıma, dövlətimizə və xalqımımıza sonra qəsəbə sakinlərinə arxalanıram. Mənim bu günə olan əsas məqsədim budur və mən istərdim ki bütün bələdiyyələrimiz bu istiqamətdə fəaliyyət göstərsin və bu yolda mən öz biliyimi və enerjimi sərf etməyə hazıram! Belə bir Atalar sözü var: Sözün Böyüyü Böyüyün Sözüdür! Hər bir xalqın mentalitetinə uyğun idarəçilik sistemi vardır. Bizi isə heç vaxt ağsaqqalsız təsəvvür etmək olmaz. Ümumiyyətlə şərq aləmində ağsaqqalın böyük rolu vardır və bu gün bizim də ağsaqqallarımızın dünyagörüşünə, həyat təcrübəsinə böyük ehtiyacımız var. Artıq görülən işlərdən biri də bələdiyyəmizin təşəbbüsü ilə qəsəbəmizdə adı olub amma fəaliyyətsiz olan Ağsaqqallar şurasını bələdiyyənin işinə cəlb etməkdir. Ən böyük arzularımdan biri gənclərin enerjisindən səmərəli istifadə etməkdir. Çünki bu günün gəncləri sabahın ziyalıları, iş adamları, siyasətçiləridir. Onları ictimai işə cəlb etməklə biz həm Qəsəbəmizin xeyrinə bir iş görürük həm də bu yolla gənclərə gələcək ictimai həyatları üçün böyük təcrübə qazandırmış oluruq. Beləliklə yaşlıların təcrübəsi, ziyalılarımızın elmi, gənclərimizin tükənməz enerjisi və Allahın köməyi ilə birlikdə qəsəbəmizin rifahı naminə çox işlər görəcəyik! Kurdaxani.com : Hələ ki yolunuzun əvvəlindəsiniz bilmək istərdik ki, bələdiyyənin gündəmində hansı mühüm sosial məsələlər durur?
Sabir M:Bu gün Qəsəbəmizin ən böyük və az hallanan problemlərindən biri, qəsəbəmizin ərazi problemidir. Çox az adama məlumdur ki, qəsəbəmiz inzibati ərazisinə görə Bakı şəhərinin ən böyük qəsəbələrindən biridir. Kürdəxanı qəsəbəsinin ərzisi 2800 - 2900 hektar arasıdır amma təəssüf olsun ki bu gün faktiki ərazimiz 139 hektardır. Bunun səbəbi isə Sovet dövründə buraxılmış səhvlərdir. Kürdəxanının ərazisi başqa qəsəbələrin, əsasən də Abşeron rayonunun ərazisi kimi göstərilmişdir. Yaranmış bu vəziyyət şəxsən bir tarixçi və Kürdəxanı sakini kimi mənə pis təsir göstərir. Təbii ki, bu çox acınacaqlı bir haldır. Mənim üçün bu ana ən böyük problemlərdən biri də budur. Mən bu məsələ ilə ciddi məşğul olacağam və heç olmasa qəsəbəmizin inzibati ərazisinin adı olsa da özümüzə qaytarılmasına nail olmağa çalışacağam. Digər mühüm bir məsələ isə qəsəbəmizdə mövcud olan lakin və əhali tərəfindən adət ənənə kimi qələmə verilən yazılmamış qanunlardır. Bunlar qəsəbəmizin yas məclislərində və toylarda yol verilən israfçılıqdır. Bu əməllər nə dinimiz, nə adət ənənəmiz nə də qəsəbə əhalisinin qeyri - stabil maddi durumu baxımından yol verilməzdir. Bu istiqamətdə artıq biz Bələdiyyə binasında qəsəbə əhalisinin təmsilçiləri ilə keçirilən iclasda müəyyən məsələrdə əhali ilə ümumi razılığa nail olmuşuq. Bələdiyyəmizin heyyətində gənclərin və qadınların təmsil olunması Qəsəbəmiz üçün böyük bir uğurdur. Bu amil bələdiyyəmizin daha demokratik və tolerant fəaliyyəti üçün çox vacibdir. Lakin bələdiyyədən kənarda qəsəbəmizin gəncləri qəsəbə naminə heç bir ictimai işlərə cəlb olunmayıblar. Bələdiyyə sədri olaraq bu istiqamətdə Qəsəbəmizin Gənclər Təşkilatını yaratmaq və qəsəbə gənclərinin bütün təbəqələrinin enerjisi və təfəkküründən qəsəbənin rifahı və gələcəyi naminə maksimum faydalanmaq fikrindəyəm. Kurdaxani.com : Gələcəkdə qəsəbə əhalisinin maddi vəziyyətinin yaxşılaşdırılması və qəsəbə daxilində hər hansı iş yerlərinin açılması nəzərdə tutulurmu? Sabir M: Qəsəbə əhalisinin bu gün rəsmi sayı 5400 min nəfər olsa da, qeyri - rəsmi bu rəqəm 10 mini ötmüşdür. Belə olan halda təbii ki, böyük qayğılar və problemlər meydana gəlir. Bu problemlərdən ən vacibi işsizlik problemidir. Yaxın gələcəkdə bu problemlər də öz həllini tapacaq, fakt olaraq Prezidentimiz Cənab İlham Əliyevin fərmanına əsasən 2009 - 2013 - cü illər ərzində Abşeron və Bakı ətrafı qəsəbələrin inkişaf dövrü elan olunmasını göstərmək olar. Bu proqrama əsasən 2013 - cü ilə qədər adı çəkilən yaşayış məntəqələrinin bütün kommunal və sosial problemləri həll olunmalı və bu yolda hər hansı addımların atılması üçün şərait yaradılmalıdır. Həmçinin Sabunçu Rayon rəhbərliyinin bu işlərdə bizə böyük qayğısı vardır. Yaxın gələcəkdə qəsəbəmiz Turizm mərkəzinə çevriləcək. Artıq 2008-ci ildən qəsəbəmizin Xəzər dənizinin sahilinə düşən ərazisində “Kroks” İnşaat şirkəti tərəfindən möhtəşəm turizm mərkəzinin təməli qoyulmuşdur və 2010 - 11 ci illərdə tikintisinə başlanacaqdır. Belə bir layihənin məhz bizim qəsəbəmizin ərazisində həyata keçirilməsi məni çox sevindirir. “Kroks” - un nümayəndələrinin verdiyi məlumata görə mərkəzin tikintisində və fəaliyyətə başlamasından sonra işçi qüvvəsi kimi üstünlük yerli əhaliyə veriləcək. Nəqliyyat nazirliyinin layihəsinə görə Bakı ərtafı dairəvi yolun böyük bir hissəsi qəsəbəmizin ərazisindən keçəcəkdir. Bu da qəsəbəmizə həm böyük maraq həm də sakinlər üçün müvəqqəti də olsa iş yerləri deməkdir. Ümumiyyətlə mən əhalimizin maddi durumunun yaxın gələcəkdə yaxşılaşacağına əminəm, dövlətin qayğısı və bütün adı çəkilən bu layihələr belə düşünməyə imkan verir. Kurdaxani.com : Çox vaxt bələdiyyədə keçirilən bir sıra tədbirlərdən və müzakirələrdən qəsəbə əhalisinin məlumatı olmur. Bunun səbəbi nədir və gələcəkdə hansı tədbirlər keçirilməsi planlaşdırılır? Sabir M: Mən belə deməzdim. Bu insanların bələdiyyə haqqında təsəvvürün olmaması və bələdiyyəyə inamsızlığıdır. Mən bu vəzifəyə seçilməzdən əvvəl də indi də iclaslarda həmişə eyni insanları görürəm hal bu ki, hər bir qəsəbə sakininin bələdiyyədə keçirilən ictimai tədbirlərdə iştirak etmək hüququ var. Təbii ki, söhbətimizin əvvəlində qeyd etdiyim kimi əhalinin maarifləndirilməsi və konkret məsələlərin həlli ilə insanlarda bələdiyyəyə inam yaradaraq bələdiyyənin nüfuzunu qaldırmağa çalışacağıq. Bu işlərdə gənclərin və ziyalı təbəqənin fəaliyyətsizliyi də nəzərə çarpır. Mən Bələdiyyə sədri kimi hər hansı bir təşəbbüsü müzakirə etməyə hazıram. Bələdiyyə olaraq Ümumrespublika səviyyəsində keçirilən bayramlar, əlamətdar günlər və matəm günlərinin yüksək səviyyədə keçirilməsi də tərəfimizdən nəzərdə tutulur. Əsasən də xalqımızın yaddaşına qanla yazılan anım günlərini hər il olduğu kimi təbliğat və qəsəbəmizdəki şəhid ailələri və müharibə əlillərinə mənəvi dəstək olmaq və onların dərdlərinə şərik olmaq yolu ilə keçiriləcəkdir. Bayramlar da həmçinin təbliğat və maddi yardımlar etməklə qeyd olunacaq. Gələcəkdə bütün bayramlar daha da təm-təraqlı və bütün qəsəbə ictimaiyyətinin iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Kurdaxani.com : Bizə ayırdığınız vaxta görə sizə minnətdarlığımızı bildiririk və qarşınıza qoyduğunuz məqsədlərə çatmağınızı arzu edirik. Sabir M: Mən də öz növbəmdə sizə başladığınız bu işlərdə müvəffəqiyyətlər diləyirəm

Qeyd: www.kurdaxani.com Saytı Bağlı olsada,yaradıcıları elə bizik!
RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (36 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------