HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  MƏŞHURLAR



İsmayılov Qədirhüseyn

İsmayılov Qədirhüseyn Rahibhüseyn oğlu 1974-cü il Mart ayının 23-də
Bakı şəhəri Kürdəxanı qəsəbəsində anadan olmuşdur.
1981-1991-ci illərdə 113 saylı orta məktəbdə təhsil almışdır.
1996-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət universitetinin
Teatr və Kino sənəti fakultəsinin musiqili teatr aktyorluğu kafedrasına daxil olub.
2000-ci ildə bakalavr pilləsini bitirərək magistraturaya daxil olmuşdur.

2002-ci ildə Magistr dərəcəsi alaraq Unversiteti qurtarmışdır.
1997-ci ildə,əməkdar incəsənət xadimi Hüseynağa Atakişiyevin
direktor  həmçının rejisoru olduğu,Azərbaycan Dövlət Gənclər teatrında işə başlamışdır.
2009-cu ildə Gənc Tamaşaçılar Teatrında işə başlamışdır 2004-cü ildə
isə Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Qapalı Səhmdar Cəmiyyətinin 
Dublaj redaksiyasında Dublaj aktyoru kimi işə başladı.
2006-cı ildən 2009-cu ilə dək LİDER Televiziyasında Dublaj aktyoru kimi işləmişdir.
2009-cu ildən bəri Region televiziyasında Dublaj aktyoru kimi işləyir..
Hal-Hazırda Baxdığımız əcnəbi filmlərin 99%-ni
Azərbaycan dilində (QƏDİR MİRZƏ) Qədirhüseyn  İsmayılov səsləndirir.
 ===============================

 

 

Baba Pünhan


Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr 
ayının 5-də  Bakının Kürdəxanı qəsəbəsində anadan olmuşdur.
1955-ci ildə M.Ə.Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin 
1-ci sinifinə gedib.
1963-ci ildə 8-ci sinifi bitirib,Baki Rabitə Texnikomuna daxil olub.
1967-ci ilin iyun ayında Texnikomu bitirib,Bakı Metropolitenində 
mexanik işləməyə başlayır.
1968-ci ildə hərbi xidmətə çaqırılır(Ukraynanın Kiev .ş.) 
xidmətini başa vurduqdan sonra 25 il müddətində həmin yerdə 
işləyib.

1972-ci ildə ailə qurub.Bir oğlu,bir qızı var.

Vefati 17 aprel 2004-ci il.

=========================================




                                       
Məşhədi Adil
                                        


19-cu əsrin sonu 20-ci əsrin əvvəlləri Azərbaycanın
son dərəcə mürəkkəb və ziddiyyətli dövrü olmuşdur.
Belə bir məşəqqətli dövrdə Bakıda neft istehsalının
artması buraya ermənilərin və digər xalqların 
axınını xeyli gücləndirmişdi.1905-ci ildə
Rus imperiyası inqilabı ab-havanı yatırtmaq üçün
Bakıda erməni-müsəlman qırğını törətdi
(erməni rəhbərliyi üçünsə azəri türklərinin sayca
azalması çox sərfəli idi).1918-ci ildə bolşevik
şuarları ilə pərdələnən,Azərbaycan xalqının
qəddar düşməni Stepan Şaumyan bu soyqırımı
(genosidi)davam etdirdi.Bakı sovetinin qoşunlarını
 daşnak hərbi hissələri ilə birləşdirən komissarlar
 mart ayında dinc əhalini biçməyə başladılar...
   1918-ci ildə mart hadisələrində,öz dəstəsi ilə 
erməni daşnaklarının qarşısına çıxan belə mərd
oğullardan biri Məşhədi Adil Əbdürrəhim oğlu olmuşdur.
O,1868-ci ildə Bkının Kürdəxanı kəndində rəncbər-maldar
ailəsində dünyaya göz açmışdır...
1918-ci ilin mart qırğını vaxtı Məşhədi Adil yaxın
silahdaşları olan Xırdalanlı Dadaş,Hökməlili Qubad,
Şana Pircan,Binəqədili Azan,Suraxanılı Əlbəndə oğlu Şıx
və on nəfərə qədər qohum-qardaşı ilə Biləcəri-Xocahəsən
tərəfdə səngərlər qazaraq özlərini bolşevik adlandiran Andranik
və Amazaspın  
  quldur-daşnak hərbi hissələrini şəhərə girməyə qoymamışdılar.
Bu vuruşmada Məşhədi Adil böyük şücaət göstərmiş,
çoxlu erməni quldurunu məhv etmişdir.Çox təssüf ki,onun
bu fədakarlığı indiyədək heç bir yerdə qeyd edilməmişdir.
   Məşhədi Adil 1918-ci ilin sentyabr ayının 15-nə
qədər türklər Bakıya girənə kimi azərbaycanlıları
erməni quldurlarından qorumuşdur.
Türklər Məşhədi Adilin zəhmətini lazımınca qiymətləndirmiş
və ona Paşa titulu vermişdilər.Kürdəxanı kəndinin 
qocaman sakinləri söyləyirdilər ki,Məşhədi Adil hörmət 
əlaməti olaraq məhşur Göy atını baş komandan 
Nuru Paşaya bağışlamış,əvəzində Paşa ona
başqa bir at bağışlamışdır..... 



========================================




                     
Hüseynbala Ağaverdiyev

Ağaverdiyev Hüseyinbala Ağaverdi oğlu.
1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində anadan olmuş,
1938-ci ildə vəfat etmişdir.1917-ci ilin mayında Sov.İKP-nın
üzvü.1917-ci ilin avvalarində fəhlə hərəkatına qoşulmuş,
Binəqədidə fəhlələr arasında inqilabi iş aparmışdır.
Azərbaycanda sovet hakimiyyətinin qələbəsindən sonra
Binəqədi rayon inqilab Komitəsinin tərkibinə daxil olmuşdur.

1922-26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar
İttifaqı Mərkəzi İdarə Heyyətinin sədrinin müavini olmuş,
1926-cı ildə AKP-nin Mərkəzi Komitəsinin katibi seçilmişdir.
1927-29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri,1929-34-cü
illərdən Azneft Birliyi rəisinin müavini işləmişdir.1935-ci illərdən
Azərbaycan SSR XKS sədrinin  müavini,eyni zamanda xalq
yerli sənaye komissarı  vəzifəsində çalışmışdır.Azərbaycan SSR,
ZSFSR və SSRİ-nin bir çox Sovetlər qurultaylarında  nümayəndəsi
olmuşdur.Azərbaycan SSR ZSFSR və SSRİ,UİK(b)R Zaqafqaziya
ölkə komitəsinin üzvü olmuşdur.Lenin ordeni ilə təltif edilmişdir.

Kürdəxanı qəsəbəsində 113 saylı orta məktəb və mərkəzi küçə-
lərində onun adı verilmişdir.
H.Ağaverdiyev 1933-cü ildən Azneftdə çalışarkən ABŞ-a göndə-
rilmiş və neft sənayesində böyük təcrübə qazanmışdır...


  
                                




========================================


 


                                       
Vasim Məmmədəliyev

Vasim Məmədləliyev 1942-ci il avqustun 27-də 
Bakının Küdəxanı qəsəbəsində anadan olub.
1959-64-cü illərdə BDU-nun şərqşunaslıq 
fakuldəsində ərəb filologiyası ixtisası üzrə təhsil alıb 
və sonradan universitetin aspirantı olub.
1968-ci ildə Tibilisi Dövlət Universitetində 
"Müasir Ərəb ədəbi dilində felin zaman,şəxs və şəkil kateqoriyaları" 
mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
1978-ci ildə Vasim Məmmədəliyev professor elmi dərəcəsinə 
layiq görünüb.2002-ci ildə ölkə prezidentinin 
fərmanı ilə ölkənin yüksək mükafatı olan 
"Şöhrət"ordeni ilə təltif edilib.

(ətraflı
www.wikipedia.org)


=======================================



 

                                       
Şıxəli Qurbanov



1967-ci ilin Novruz tonqalları yalnız küçələri,
meydanlaırı yox,həm də ən başlıcası illərin 
martın əvvələri idi Şəhərə xəbər yayıldı ki,
Mərkəzi Komitənin katibi şəhərə gəlib.
Bu xəbər günün-günortaa çağlarında səmada 
çıxan şimşək rəqsinin effektini yaratdı.Hamı onun gəlişini
 təsadüf,sıradan adi görüş olmadığını bilirdi.
Dram teatırında  partiya-sovet fəallarının yığıncağında 
o,şəhər rəhbərliyinə(rəhbərlikdə rus və erməni funksi onerlər
 yetərincə idi)milli kadırları yüksək vəzifələrə irəli çəkmək 
barədə tövsiələrini verdi.Belə bir göstəriş aşırı və saxta 
beynəlmiləlçilik xəstəliyinə tutulanlar üçün gözlənilməz oldu.
Alovlu vətənpərvər milli düşüncə və duyğularını açıq
 şəkildə dilə gətirirdi.Az sonra böyük vətəndaşın təşəbbüsü ilə
 Novruz Bayrami dövlət səviyyəsində qeyd olundu 
Xalq tonqalların işığında özünün tarixi yaddaşına - 
kökünə,mənşəyinə ilkinliyinə və bütövlüyünə 
qayıtmağa başladə...
    1967-ci ilin may ayı çiçək fasli bizim üçün
 faciə mövsümü ilə avazlandi.Ömrümüzün uzaq
 sahillərində qalmış o ilin hüznü may günlərində 
Şıxəli Qurbanovun həyatının son akkordu olan 
"Sənsiz"dramı tamşaya qoyuldu.Şıxəli itkisindən- 
sənsizliyindən doğan ağrını xalq təkrar yaşadı...
                                         
         
(ətraflı
www.wikipedia.org


=======================================

 




                             
Vamiq Məmmədəliyev


Vamiq Məmmədəli oğlu Məmmədəliyеv.
1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində
 ziyalı ailəsində anadan olub.1953 – 1964-cü illərdə 113 nömrəli 
Kürdəxanı kənd məktəbində
 orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini
 aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 
1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar 
«Bahar» xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci
 illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 
1965-67-ci illərdə
Astara rayonunda hərbi xidmətdə olub. 
1972-76-cı illərdə isə
Asəf Zеynallı adına Bakı Musiqi Tеxnikumunda
1980-85-ci illərdə
Üzеyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsеrvatoriyasında
 tar üzrə ali təhsil alan Vamiq Məmmədəliyеv bu tədris ocaqlarında
 
Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray,
 
Oqtay Quliyеv, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, 
ifa tеxnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək 
canına hopdurub.
Mədəni Maarif Tеxnikumunu bitirən kimi tar aləti üzrə 
ixtisas müəllimi (1971-1993),
Bakı Musiqi Akadеmiyasında baş müəllim, 
dosеnt (1988-2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyеv 2001-ci ildə 
Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Univеrsitеtində açılmaqda olan
 musiqi sənəti fakültəsinə dеkan vəzifəsinə dəvət olunur. 
O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin 
əmək sərf еdən Vamiq Məmmədəliyеv yaradıcılıqdan da kənar qalmır. 
Onlarla еlmi məqalələr, mеtodiki göstəricilər, tədris proqramları tərtib еtməklə
 bərabər mövcud kütləvi informasiya vasitələrində fəal iştirak еdir. 
Gənc xanəndə və müşayiətçilərin yеtişməsində, onların xalq tərəfindən tanınmasında,
 mеydan üzü görməsində yardımçı olaraq xеyirxah işlər görür.




(ətraflı www.wikipedia.org)

=======================================


                                         



                           
                                         
                                      
İqbal Məmmədəliyev
                                           
                                                  
İqbal Məmmədəliyev (1978-Bakı)-Azərbaycanlı 
kinorejissor, bir cox festivalın laureatı.1978-ci ildə
 Bakının Kürdəxanı qəsəbəsində anadan olub . 
1985-1995-ci illərdə 113 aylı orta məktəbdə oxuyub.
 1989–1994-cu illərdə 10 saylı musiqi
 məktəbində tar sinfini bitirib. 1996–2000-ci illərdə 
Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti
 rejissorluq ixtisası uzrə teatr və kino sənəti fakultəsini,
 2002-ci ildə isə teatrsunaslıq üzrə magistraturasını bitirib. 
1996-1998-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti,
 "Gənclik və Zaman" baş redaksiyasında
 ştatdankənar müəllif kimi fəaliyyətə başlayıb.
 1998-2000-ci illərdə "Soy" sirkətində rejissor 
vəzifəsində çalışıb, 2000-2004-cu illərdə Media Holdinq sirkəti,
 Lider televiziyasında rejissor kimi fəaliyyətini davam 
etdirərək 5 televiziya layihəsinin, 
200-dən cox muxtəlif səpgili televiziya verilişlərinin, 
eləcə də konsert, tamaşa və canlı yayımların rejissoru və
 60-dan cox sənədli filmin müəllifidir.
               
2002-2004-cu illərdə Azərbaycan Kinematoqrafcılar
 Birliyində bir cox filmləri nümayiş olunaraq  peşəkar 
tənqidçilərin müzakirələrinə səbəb olub. 2003-cu ildən 
Azərbaycan Kinorejissorlar Gildiyasının üzvüdür. 
2003-cu ildə III Beynəlxalq Audiovizual 
Festivalda nümayis olunan "Sukutun Səsi"
 filmin ən yaxşı sənədli film nominasiyasının qalibi olub.
 Həmin ildən Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət 
Universitetinin aspirantı kimi "kinoda montaj strukturu" 
mövzusunu tədqiq edir. 2004-cu il fevralın 2-si ötən ildəki 
fəaliyyətinə və qazandıgı uğurlara görə Azərbaycan 
Gənclər Idman və Turizm Nazirliyinin təsis etdiyi
 "ilin ən yaxsı rejissoru" mukafatına layiq görülüb.
 2004-cu ildə "Salnamə" sənədli filmlər studiyasına 
dəvət olunur və bir necə sənədli filmin rejissoru və
 montaj rejissoru olur. 2005-ci ildə Ekologiya və
 Təbii Sərvətlər Nazirliyinin Mətbuat Günü münasibətilə
 təsis etdiyi mukafata və diploma layiq görülür.
 Həmin ilin iyun ayında yenicə fəaliyyətə başlayan
 Ictimai Televiziya və Radio Yayımları Şirkətinə dövət alır. 
Telekanalın bədii-estetik dizaynı ilə məşğul olsa da 
musiqi xadimləri haqqında bir neçə film-portret 
çəkməyə də nail olur. 2006-cı ildə Qazaxstanın
 Aktau şəhərində keçirilən "Kaspi Dostluq Dənizi"
 festivalında "Qədim Azərbaycanın Abidələri" filmi ilə 
laureat diplomuna layiq gorulur. 2006-cı ildə 
Rumıniyada keçirilən "Eko-Etno-Folk" festivalının
 "etno folk turizm" bölməsində "Qədim Azərbaycanın 
Abidələri" filmi fərqlənmə diplomu alır. 2006-cı ilin 
noyabrında Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə"
 sənədli filmlər studiyasına bir daha dəvət olunur. 
2006-cı ilin dekabrında aspiranturanı əla qiymətlərlə
 bitirir və həmin ayda Gürcüstanın Tbilisi şəhərində 
keçirilən "Footprints" Sənədli Film Festivalında 
"Sukutun Səsi" filmi 3-cu baş mükafatı alır. 
2007-ci ilin fevralında Hindistanda keçirilmiç 
qısametrajlı sənədli filmlər festivalında "Qədim
 Azərbaycanın Abidələri" filmi mukafat alır. 
Həmin ilin dekabrında Bakıda keşirilən
 II Milli Turizm Festivalına bir necə filmlə 
qatılan rejissorun "Zəhmətlə Yogrulanlar" filmi 
"ən yaxşı etnoqrafiya filmi" nominasiyasının qalibi olur.
Ailəlidir, iki ovladı var.
Tarzən Vamiq Məmmədəliyevin oğlu,
 rejissor Salam Məmmədəliyevin qardaşıdır.
 
======================================





                   
Əmrah Bala oğlu Əmrahov

Əmrah Bala oğlu Əmrahov 1923-cü ildə Kürdəxanı kəndində anadan olub.
Kürdəxanı kənd məktəbinin 1 ci sinfində birneçə ay oxuduqdan sonra göz
həkimləri ona oxumağı qadağan ediblər.Beş il müalicə olunduqdan sonra
1936-cı ildə məktəbə gedir.1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan
Dövlət Universitetinin hazırlıq şöbəsinə daxil olub.
1945-ci ildə ADU-nin filologiya fakultəsinin jurnalistika şöbəsinə daxil olub.
Eyni zamanda “Azərbaycan pioneri” qazeti redaksiyasında xüsusi müxbir işləyib.
1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirib və həyatını həmişəlik
“Azərbaycan pioneri” qazeti ilə bağlayıb.Əmrah müəllim ömrünün sonuna kimi,
38-il bu qazetdə çalışıb.Əbədi işçi,şöbə müdiri,məsul katib,nəhayət
qazetin redaktoru.Onun sayəsində “Azərbaycan pioneri”o dövrdə nəinki
 məktəblilərin,hətta böyüklərində ən sevimli qazetinə çevrilib.
Əmrah Əmrahov əbədi fəaliyyətə şeirlə başlayıb.İlk şeirləri 1938-ci ildə
“Azərbaycan pioneri” ,”Abşeron kolxozçusu “qzetlərində çap olunub.
Sonra oçerk və hekayələri dövrü mətbuatda dərc olunub.Bədii tərcümə
ilə də məşğul olub.”Ürək Vətən üçün döyünəndə”,”Əbədi şöhrət”,
“Zastavaya gedən yol”,”Sənin həyatının qanunu”, “Ulduzlar gecə parlar”,
 “Ölməzlər”, “Dağ bənövşəsi”,”Gizli aləmlər”,”Lalələr apreldə açır”,”Tapılmış kitab”,
”Yaxşıların dünyası”kimi əsərlərində yazıçı-jurnalist illərlə ürəyində
gəzdirdiyi,beynində yaşatdığı düşüncələri,vətənpərvərlik duyğularını
oxucuya çatdırmağa çalışıb.Əmrah müəllim Azərbaycan LKGİ-nin
bütün qurultaylarında komsovolun Mərkəzi komitəsinin üzvi seçilib.
1960-cı ildən ömrünün sonuna kimi respublika pioneri MK-nın büro üzvü olub.
Əmrah Əmrahov Azərbaycan Ali soveti Rəyasət Heyətinin mütəlif
fərmanları ilə təltif olunub.
Əmrah Bala oğlu Əmrahov 1988-ci il noyabrın 18-də Bakıda vəfat edib.

======================================




                       Şahbazov Emil Bədəl oğlu
 
1978-ci ildə Bakı şəhərində anadan olub.1994-cü ildə 178 saylı
orta məktəbi bitirib.Həmin ildə Qərb Universitetinin
Siyasi elmlər fakultəsinə daxil olub və orada təhsilini fərqlənmə
diplomu ilə başa vurmuşdur.
1999-cu ildə “SPACE”telekanalının müsabiqəsindən uğurla
keçərək işə qəbul olunub.
aparıcı-Jurnalist vəzifəsində çalışır...



======================================
  





                  Əzizov Hüseyn Eyvaz oğlu
 
1979-cu ildə anadan olub.Birinci Zabrat qəsəbəsindəki
192 saylı orta məktəbi bitirib.1996-cı ildə Azərbaycan
Beynəlxalq Universitetinin hüquqşunastlıq fakultəsini  
bitirib “ANS” Yayım Yüstəqil Media Şirkətində müxbir ,
aparıcı və redactor vəzifələrində çalışıb.”POÇT QUTUSU” ,
”SALAM”və”İÇ XƏBƏR”verilişlərinin aparıcısı olub.
2005-ci ildən İctimai televiziya və Radio şirkətində
 baş redactor vəzifəsində çalışır.Həm də “CARÇI” informasia
proqramının aparıcısıdır.


======================================






QULİYEVA İlhamə Məzahir qızı (d. 17.8.1943, Bakı) 
-Azərb. Resp. xalq artisti (1998). Azərb. Dövlət Un-tini 
bitirmişdir (1969). 1965-70 illərdə Azərb. Dövlət Teleradio 
Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-80 illərdə Azərb. 
Dövlət Filarmoniyasının solisti olmuşdur. 1980 ildən Azərb. 
Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir.
 Repertuarına Azərb. və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
 Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə,
 Almaniya və s.) qastrolda olmuşdur. Azərb.-ın "Şöhrət" ordeni ilə 
təltif edilmişdir.
40 ildən çoxdur müğənni kimi sənətdədir. 
Azərbaycanın və Dağıstanın (2008) xalq artistidir. 
Özünə "Primadonna" təxəllüsünü götürmüşdür.
Əslən Kürdəxanılıdır.
  • Müğənni Tükəzban İsmayılovanın qızıdır.
 

======================================



Qafarova Xanım Abdulqafar qızı - 1967-ci ildə anadan olub.
X.Qafarova teatr və musiqi sənətlərinə erkən yaşlarından
maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü
Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur.
Bir müddət Xalq artisti L.Məmmədbəyovun xalq teatrında
məşğul olmuş, bu zaman "Bahar suları" əsərində Turac,
"Mənim nəğməkar bibim"də Nəğməkar bibi,
"Kişilərdə Səmayə, "Aydın"da Gültəkin, "Oktay Eloğlu"nda Firəngiz,
"Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və
başqa tamaşalarda əsas rolları oynamışdır.
 
1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya
fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən
"Tənqid-Təbliğ" teatrında işləməyə başlamışdır. Bu teatr
Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük
əhəmiyyət kəsb etmiş, ona sənətin sirrlərini daha dərindən
öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli
obrazları yaradıcısı kimi püxtələşdirmişdir. Burada o
R.Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım,
"Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını,
V.Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və
Süpürgəçi qadın rollarını çox uğurla ifa etmişdir.
Bundan başqa "Heç Cür Qana Bilmirəm", "Bir gün sizinlə",
"Bir Başqa gecə" və s. şou-konsert proqramları ilə
Bakının möhtəşəm sarayları ilə yanaşı Respublikanın əksər
kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar etmişdir.
 
1996-cı ildə X.Qafarova Azərbaycan Dövlət Musiqili
Komediya teatrına dəvət almışdır. Geniş yaradıcılıq
imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət
ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da
Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli
könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə,
"Səhnədə Məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə,
"Məhəbbət oyunun"da Qəmər, "Dəli Dünya"da ,
"Talelər Qovuşanda" əsərində Sona, "Aldın payını,
çağır dayını" tamaşasında xəbərçi Xədicə,
"Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan
obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanmışdır.
O,1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına
mükafat"a layiq görülmüşdür. 2000-ci ildə sənət sahəsindəki
messanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri
diplomuna layiq görülmüşdür. 2001-ci ilin yekunlarına görə
XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə
(İlin Aktrisası nominasiyası üzrə) təltif edilmişdir.
 
Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas
rolların ifaçısı olan X.Qafarova həmçinin Əməkdar
Artist fəxri adına layiq görülmüşdür.
 
60-a qədər orijinal mahnı ifa edən aktirisa-müğənninin iki
albomu, üç klipi tamaşaçılara təqdim olunub.

Əslən Kürdəxanılıdır.

======================================

                                      
P.S
 
RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (42 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------