HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  MƏKTƏB


Kürdəxanı qəsəbəsində ilk inşa edilmiş məktəb 1927-ci ildə Səttarbəy
Yusifzadə və Ağamirzə Ağarza oğlunun köməkliyi ilə inşa edilmişdir.                            
                         
                              
                                         (Səttarbəy Yusifzadə)

Səttar bəy Yusifzadə(1898-1940).
1898-cı ildə Bakıda anadan olub.Atası Əbdüləzim bəy,anası Balaxanım olub.
Atası vətəgəçilik ilə məşğul olub.Kürdəxanılılar ilə yaxın qohumluğu olub.
Səttar bəy çox savadlı,işgüzar və maarifçi şəxs olub.
Hansı kənddə işləyibsə orada bir məktəb tikdirib.Kürdəxanıda kənd soveti
Sədri Ağamirzə Ağarza oğlu ilə bərabər 113 nömrəli məktəbi inşa ediblər.
   
                               ( ilk inşaa edilmiş 113 nömrəli məktəb)
1937-ci ilə qədər orada müdir işləyib.Kürdəxanıdan sonra o,Xırdalanda məktəb
tikdirib.40 yaşında ürək xəstəliyindən vəfat edib.
Kürdəxanıdakı məktəbin ilk xanım müəlliməsi Kərimova Hökümə olub.
                                    
                                        ( Kərimovva Hökümə)
1912-ci ildə Bakıda anadan olub.Anası Şəhrəbanu Qurbanqulu qızı.
Atası Məşhədi Səməd idi.
Atasını çox tez itirmişdir .
1920-ci ildə Azərbaycanda sovet höküməti qurulur və qız uşaqlarını
məktəblərə çağırırlar.Hökümə Əbilov adına 38 saylı qız məktəbini bitirdikdən sonra
17 nömrəli məktəbə keçir .
1927-ci ildə Bakı Pedoqoji Texnikomuna daxil olub 1929-30-cu ildə
texnikomu bitirir.Onu işləmək üçün Kürdəxanı 113 nömrəli məktəbə
göndərirlər.Bu məktəbin direktoru o vaxt Paşazadə Səftər bəy idi.
Qohum olduğuna görə Hökümə qəsəbəyə tək gəlmişdi.Sovet höküməti cəmi 10
il idi ki,qurulmuşdur.
 O dövrdə qəsəbə sakinləri məktəblərə qızlarının oxumağa getməsinə razı
deyildilər,hətta oğullarının da oxumasını istəmirdilər.
Belə bir vaxtda 17 yaşlı cavan qızın müəllimə işləməyə gəlməsi elə də asan olmamışdır.
Onu təqib edirdilər.Onun qəsəbədən çıxıb getməsini istəyirdilər.
Orucluq əleyhinə yığıncaqda Hökümə məruzə etdiyinə görə,xalqın xoşuna gəlmədi.
Növbəti gün sinifdə dərs keçərkən qəbiristanlıq tərəfdən onu güllə ilə vurdular.
Atıcı sərrast olubmuş...Ancaq bu anda o üzünü lövhəyə çevirir ,beləliklə güllə
üzünün düz yanından keçib divara dəyir.Bu hal qəsəbədə böyük səs-küyə səbəb
olur...
Xüsusi orqanlardan,mərkəzdən gələnlər bu məsələ ilə
maraqlanırlar,lakin Hökümə olanları
,onu təqib edənləri göstərmir..Onu başqa kəndə keçirirlər..
 
   Sonralar bu bina məktəb kimi fəaliyyətini dayandırır,bir müddət fasilədən sonnra
(sovet höküməti vaxtında)
Tük fabriki kimi işləməyə başlayır.
      Kəndin əhalisi artdığı üçün get-gedə yeni və böyük məktəbin tikintisinə
ehtiyyac yaranır.
1971-ci ildə qəsəbənin kənarında 750 dən artıq şagirdin təhsil ala biləcəyi
məktəbin tikintisi başa çatır,elə həmin il də məktəb şagird və müəllimlərin ixtiyarına
verildi.27-sinif otağı,3-kompüter otağı olan bu məktəbdə,təhsilin
yüksək keyfiyyətinin əldə olunması üçün hər cür şərait yaradılıb və texniki avadanlıqla təchiz edilib.
Məktəb Hüseybala Ağaverdiyevin adını daşıyır..
    
     
                       (1971-ci ildə inşaa edilmiş 113 nömrəli məktəb )
    2009-cu ilin məlumatına əsasən,hal-hazırda məktəbin 53-müəllimi,1200-ə yaxın
şagirdi var..


            
                                    (yeni korpus 1-4 cü siniflər üçün)
2006-cı ildə məktəbin həyətində daha bir korpus əlavə olaraq inşa edildi.
2008-09-cu tədris ilində yeni korpus şagird və müəllimlərin istifadəsinə verildi.
Bu korpusda 1-4-cü siniflər(ibtidai) təhsil alır.Korpus kompüter otağı,bufet və
İŞAƏ obyekti ilə təmin olunub.
Korpus 2 növbəlidir.
Dərslər saat 08:00-da başlayıb 14:00-da bitir.
2-ci növbə isə 13:00-da başlayıb 16:25-də bitir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (23 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------