HƏR VAXTINIZ XEYİRLİ OLSUN.SAYTDA BÜTÜN YAZILAN TARİXİ BİLGİLƏR TARİXİ FAKTLARA ƏSASLANIR. BÜTÜN İRAD VƏ TƏKLİFLƏRİNİZİ BU ÜNVANDA GÖZLƏYİRİK : zulfuqarov-g@rambler.ru .
   
 
  Səidə Məmmədəliyeva(El Anası)

    Səidə Məmmədəliyeva

Səidə
Salam qızı Məmmədəliyeva (Salamzadə) 1914- ilin 7 avqustunda
Şəki şəhərində din xadimi Axund Hacı Seyid Salamın ailəsində
dünyaya göz açıb.
Hacı Seyid Salam HacıMirbaba oğlu Şəki-Ağdaş qəzasının şiyəməzhəb
qazısı vəzifəsində çalışmışdır.
Seyid Salam 15 il İranda dini təhsil alıb.
Övladlarının dediyinə görə Axund Seyid Salam
Vladimir İliçLeninlə yaşıd imiş.
Güman ki 1870-ci ildə anadan olub. 1920-ci ildə
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra vəfat edib.
Kəbin kəsməkdən gələndə arabada canını tapşırıb.
Evlərində olarkən qapının döyüldüyünü eşidən kimi
elə başa düşürmüş ki,onu aparmağa gəliblər.
O vaxtlar din xadimlərinə ağır divan tutulurdu,
sürgünə göndərilirdilər.
Hər günruhanilərin evlərindən zorla çıxarılıb həbsxanaya aparıldığı dövr
idi.Hacı Seyid Salamın atası Hacı Mirbaba 107 il ömür sürüb.
O çavuş kimi iyirmi beş dəfə zəvvarları Məkkəyə Həcc ziyarətinə,
qırx dəfə Kərbəla ziyarətinə  aparıb. O zamanlarhəftələrlə,
aylarla yol gedərmişlər.
Atdan, dəvədən başqa nəqliyyat yox idi.
XX əsrin əvvəllərində ziyarətdən qayıdarkən Ağdaş ərazisində
Türyançay vadisini keçən zaman suda boğulub.
Yanındakılardeyiblərmiş ki, ağa atı burdan sürmə, gəl bir az irəli gedək,
dayaz yerdən keçək.
Tərs seyid idi. Məhz burdan keçəcəyəm deyə atı sürən zaman heyvanın
ayağı büdrəyir, suya yıxılır.
Bu vaxt isə çavuşu əcəlgirləyir. O, 107 yaşında deyərmiş ki,
mən səkkiz guşəli qəbri 40 dəfə qucaqlamışam.
İmam Hüseyn Əleyhissalamın qəbrini 40 dəfə ziyarət edənə ölüm yoxdur.
Deyirmiş ki, mən çürümərəm.
Qurbanolduqlarımın ziyarətində dualar etmişəm.
Onu dağın döşündə dəfn edəndən sonra qəbri üstündə ziyarətgah yaranıb.
Kimi gəlib parça bağlayır, kimi nəzir verirmiş.
Sovet hakimiyyətinin tüğyan elədiyi birdönəmdə bu hal qəbuledilməz idi.
Belə qərar verilir ki, qəbri köçürsünlər. Yeni layihələndirməyə görə
həmin yerdə məktəb tikilməli idi.
Traktor gətirirlər ki, daşı sürüyüb çəksin. Allahın möcüzəsi olur.
Üç dəfətraktorun sepi qırılır. Birtəhər qəbri açırlar.
Torpağa tapşırılmasından 9 il ötməsinə baxmayaraq meyit sanki
yeni dəfn olunmuşdu.
Təbii ki, o vaxta kimi meyit çürüməliydi. Şəkinin lığ, yağlı palçıq
kimi torpağıvar.
Onun da təsiri istisna deyildi. Nəmişlik
havasızlıq çürüməni ləngidə bilərdi.
Nəvəsi Səkinə xanım deyirdi ki, elə bil dünən dəfn olunmuşdu...
Sonra Seyid Mirbabanı başqa qəbristanlığa aparıb dəfnediblər.
Təbii ki, məqsəd dindar, mollagünə insanların izinin itirilməsi,
sadə adamların tapındığı ziyarətgahların məhv edilməsi idi.
Səidə xanım belə bir ocağın qızı olub.
Uşaq vaxtından evin başçısını itirəndən sonra uşaqlar min bir
əzabla dayılarının himayəsində yetkinlik yaşına çatırlar.
Səidə xanım bacısı Mənsurə ilə Bakıya gəlir.
Tibbtəhsili alır təyinatla Masallıya yola düşür.
Bir müddət orda çalışdıqdan sonra Bakıda ailə quran
Mənsurə bacısının təkidi ilə 1932-ci ildə Bakıya qayıdır,
Kürdəxanı kəndində ambulatoriyada mamaçavəzifəsində çalışır.
1937-
ci ilin repressiyalarından yaxa qurtarmaq üçün əvvəl
Pirşağı kəndində,
gözdəniraq bir yerdə həkim kimi çalışan Məmmədəli
Hacı İbrahim oğlu Məmmədəliyev elə
həmin ərəfələrdəKürdəxanı ambulatoriyasına gəlir.
Burada Səidə xanımla tanış olurlar.
1938-
ci ilin sonlarında toy məclisi qurub evləndikdən sonra kənd
sakini Gülbala kişinin evində təmənnasız
yaşayırlar.
Kürdəxanıda qonşuları Səidə xanıma Seyid qızı,
əhali isə Səidə bacı deyə müraciət edərdilər.
Qonşuları Balacaxanım arvad, Xanımnisə, Səbirə, Nisə xala,
Hökümə xanım ilə bacılıq,
rəfiqəlik edərdi. Sənətimama həkim olduğundan
gecəsi-gündüzü olmazdı Səidə xanımın.
Mamaça olmasına baxmayaraq, tibbin bir çox sahələrini yaxşı bilirdi.
Oğlu Vasim Məmmədəliyevin xatirələrindən: "Anam bir gün görmədi
 ki...Səhər-axşam evin divarını daşla döyərdilər.
 
Səs eşidən kimi deyirdi kiyəqin filankəsdi,
 
onun vaxtı olmalıdır
 
Neft maşinkasının üstündə daim qaynayan iynə qabını balaca 
çemodanına qoyub tələsik evdənçıxardı
Hərdən hansısa yaşıdım gəlib anamı səsləyəndə çıxıb soruşardım
 ki  olub?. 
Deyirdi ki filan xalanın beli ağrayırya da bibimin qarnı ağrıyır.
 
 onlar
  biz bilmirdik kianamı  üçün çağırırlar.Müəyyən yaşa çatandan 
sonra başa düşdük ki
 üçün gəlib anamı səsləyirmişlər". Səidə xanım təbii ki, tək deyildi.
Ömür-gün yoldaşı doktor Məmmədəli elin xidmətində idi.
Hər ikisi təmənnasız olaraq əhaliyə tibbi xidmət göstərirdilər.
Ailələri çoxuşaqlı olduğundan kənd əhalisi öztəsərrüfatlarından imkanları
yetən qədər tərəvəz, süd, doşab, quyruq yağı s.
Məmmədəliyevlər ailəsinə gətirərdilər.
O zamanlar pul deyilən bir şey yox idi.
Hətta öz maaşlarına dərman alıb əhaliyə pulsuzpaylayardılar.
Gözü-könlü tox,
zəhmətkeş adam idi Səidə xanım. Müharibə illərində ondan sonrakı
quruculuq dövründə saatı tez başlar, gec bitərdi.
Səidə xanım səhər saat
5:00-
da səkkiz uşağınyeməyini hazırlayıb evdən çıxar, ən tez qayıtdığı vaxt isə
18:00
olardı. Hər iki valideyn eyni sahədə çalışdığından
bir-birlərinə qarşı dözümlülük var idi. İndikindən fərqli,
yeməklər neft plitəsi ya primusüstündə bişirilərdi. Səidə xanım həm elin,
həm ailəsinin qulluğunda duran mətin, fədakar bir qadın idi.
Həyat yoldaşı Məmmədəli qədər çılğın, əsəbi adam olsa da
Səidə xanım həmişə barışıqmövqeyində münasibətləri tənzimləyərdi.
Oğlu Vamiq Məmmədəliyevin xatirələrindən: "Atam əsəbini heç kimdən gizlətməzdiTutarlıpolad arqumenti var idi.
 
Əgər gecə saatlarında evə xəstə gəlsəydi ataməsəbləşərdi
Deyirdi kielektrik lampasında mən sənə baxa bilmərəm
get gün işığında gəlSənin üzününgözünün rəngini bu işıqda necə seçim
Anam atama Əli deyə müraciət edərdi - Ay Əli ümidsizqaytarma,
 
pərt eləmə
qəbul eləsabah bir  gələrAtam acıqlanıb deyərdi ki
axı mən ona dərman yaza bilmərəm.
Müayinə üçün təbii işıq lazımdıƏgər həkim otağa daxil olan xəstəyə 
ilk baxışıyla
 diaqnozqoymadısa qalanı yanlış olacaq.
 
Anam bir az da təkid edəndən sonra o yumşalar
xəstəni qəbul edərdi". 1961-ci ilə kimi Kürdəxanıda
Səidə xanımın gərgin əməyi ilə hamiləlikdən azad olan qadınların içində
bircə ölüm faktı olmayıb. Sonralar ətraf kəndlərdə
Səhiyyə Nazirliyi tərəfindən doğum evləri açılsa da
bəzimühafizəkar ailələr öz
hamilə qadınlarını yenə Səidə xanıma etibar edirdilər.
Səidə xanımın o qədər hörməti, o qədər nüfuzu var idi ki,
kəndin mühafizəkarları da onunla hesablaşırdılar.
Müharibədənsonrakı dövrdə çoxuşaqlı ailələrin sayı artmışdı.
Hamı öz övladına bənzər adlar qoyurdu.
Bəzən Səidə xanım müdaxilə edib yeni ad təklif edirdi.
Sakinlər onunla razılaşır,
Səidə bacının şərəfinə bu adı qoyaqdeyə ehtiramla qəbul edirdilər.
Qız alan, oğul evləndirən sakinlər çox vaxt Səidə xanımdan ailə
nəsillər haqqında məsləhət alardılar. Allah rizası olan yerdə
Səidə xanım bəzən susar, bəzən kəskin fikirsöyləyərdi.
Çünki həm doktor Məmmədəli, həm Səidə xanım
Kürdəxanıda bir çox nəsillərin irsi xəstəliklərini uzun
illərin təcrübəsindən öyrənmişdilər.
Hər kəs istəyirdi ki, yeni qurulan ailə sağlam olsun.
O vaxtlar tibb elminin gen mühəndisliyi,
DNT RNT tədqiqatları indiki kimi
inkişaf etməmişdi. Bəzən çox həssas davranmalı olsalar da
həkim qərarı yanlış ola bilməzdi.
Həyat yoldaşı ilə birgə qərar verdiyianlar da istisna deyildi.
Elə nəsillər var idi ki ürək, qan-damar xəstəliklərinə meylli idi,
elələri var idi ki, uroloji xəstəlikləri var idi. Səidə xanım
Məmmədəli doktor xəstəyə dərman yazan vaxt bu kimi
irsixəstəlikləri nəzərə alıb
fəsadsız müalicə aparırdılar. Səidə xanımın sonuncu tutduğu uşaq
23 mart 1974- ilə təsadüf edir. O vaxtdan ta 1985-ci ilə,
yəni ömrünün sonuna kimi ağbirçək Səidə xanım,
özfəaliyyətini davam etdirərək yaşayıb ömrünü başa vurdu.
Övladları hələ sonralar biləcəkdilər ki, Səidə xanım
hansı məşəqqətli yollar keçib. Amma buna baxmayaraq,
o səkkiz övlad böyüdüb, oxudub, boya-başa çatdırıb.
Oğlanları Asim Məmmədəliyev, AkademikVasim Məmmədəliyev,
tibb işçisi Nasim Məmmədəliyev, tarzən, dosent Vamiq Məmmədəliyev,
ərəbşünas Nasir Məmmədəliyev, qızları
Xariqə Məmmədəliyeva qadın həkimi (ginekoloq),
Nəzifə Məmmədəliyevaginekoloq-cərrah,
Səyyarə Məmmədəliyeva pediatr kimi
yetişdirməyin demək olduğunu duymaq çətindir.
Elin xidmətində duran bir ailənin evi get-gəlli olmasına baxmayaraq
valideynlər
uşaqların dərsoxumağı üçün əllərindən gələnləri əsirgəmirdilər.
Səidə xanımın qadınlara verdiyi məsləhətlərdən,
cinsi tərbiyədən qızı
Xariqə öz yolunu seçdi. Anasının işini daha ali səviyyədə davam etdirmək
üçün qızıNəzifə bu yolu seçdi.
Ananın uşaqlarına olan qayğı məhəbbəti isə
Səyyarənin taleyini həll etdi. İndi Asim Nasim Məmmədəliyevlər haqq
dünyasında olsalar da hamı o şirin-acılı günləri yaxşı xatırlayır.
Növbə ilə böyükdən kiçiyə ötürülən geyimlərlə böyüyən övladlar
ata analarının hansı çətinliklərlə ailə yaşatdıqlarındanmı,
yoxsa gen daşıyıcıları olduqlarından yetişib cəmiyyət üçün, dövlət üçün,
Azərbaycan üçün yararlı insan oldular? Demək çətindir.
Hər iki qüvvənin - genetik kodların tərbiyənin təsirindən desək
episentr Səidə xanımdır.
Ömrünün ixtiyar çağlarında bir neçə nəvəsini məktəbə yola saldı,
gəlinlərini doğum evində qarşıladı, övladlarından doymamış,
sabit həyatdan kam almamış gözlərini əbədi yuman
Səidə Hacı Seyid Salam qızı Məmmədəliyeva
kənd sakinlərinin xatirələrində, keçmişin əzablı
günlərinin zəhmətkeş qadını,
el anası kimi ehtiramla yad olunur. Allah rəhmət eləsin!
İqbal MƏMMƏDƏLİYEV
RADIO FACE 24/7
 
Reklam
 
BAKI KƏNDLƏRİ
 
Photo Flipbook Slideshow Maker
Kürdəxani - Pirşağı - Maştağa - Nardaran- Məhəmmədi - Zabrat Goradil - Corat - Fatmai - Digah - Saray - Masazır - Novxanı Biləcəri - Xocasən - Hökməli - Qobı - Güzdək - Badamdar - Mərdəkan - Şüvəlan - Bilgəh - Qala - Türkan - Zirə-Ziğ - Hövsan - Ramana - Sabunçu - Xilə - Bülbülə - Suraxani - Binəqədi - Əhmədli - Keşlə - Qaraçuxur - PirAllahi - Balaxani - Sağan - Şıx
 
Məzənnələr

 
testHƏR GÜN AŞURA HƏR YER KƏRBƏLA Ya AliMən kimin mövlasıyamsa Əlidə onun mövlasıdı Məhəmməd Peyğəbər (s.a.s )
Vasim Məmmədəliyev Müqəddəs Ramazan ayı haqqında
Kürdəxanı qəsəbəsinin Ziyalısı,fəxrimiz Vamiq Məmmədəliyev özü haqqında
Şüvəlan qəsəbəsində”BAKI ŞEİR MECLİSİ”keçirilib.Kürdəxanıdan Baba Pünhan,Akademik Vasim Məmmədəliyev,Hacı Məmmədəli, kimi qəsəbə fəxrlərimiz iştirak ediblər
 
======REKLAM======
Boyuk olchulu geyimler sizi gozleyir
---------------------------
SİZİN REKLAM BURADA İLK AY PULSUZ
---------------------------
---------------------------
---------------------------
---------------------------
Sizin Reklam
 
Bugün 7 ziyaretçi (17 klik) Buradaidi
=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=
-------------------------------- -------------------------------------